Sürücü bu yolda hansı sürətlə hərəkət etməlidir? - DOĞRU CAVAB

Avtosfer.az saytı sürət həddi ilə bağlı yeni sualı və qalib olmuş oxucunun adını təqdim edir.
Sürücü yaşayış məntəqəsində hansı sürətlə hərəkət edə bilər?
1) Minimum 40-la, maksimum 90-la
2) Minimum 10-la, maksimum 60-la
3) Minimum sürücünün istəyi ilə, maksimum 60-la
4) Minimum 40-la, maksimum 60-la
5) Minimum 40-la, maksimum 70-lə
Doğru cavab: 4) Minimum 40-la, maksimum 60-la
İzah: Yaşayış məntəqələrində sürətin yuxarı həddini müəyyən edən 3.24 nişanı olmadıqda sürücülər maksimum 60 km/saat sürətlə hərəkət edə bilər. Təqdim etdiyimiz fotoda yola 4.7 "minimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılıb. Bu nişan bildirir ki, 40 km/saat sürətdən aşağı hərəkət etmək qadağandır. Eyni zamanda 60 km/saat sürətdən də yuxarı hərəkət etmək qadağandır.
Sualın ilk düzgün cavabını verən Ələddin Dadaşov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












