Sürücü “Yango” lotereyasında avtomobilə sahib olub! - FOTO

“Yango” əsas mükafatı “BYD QIN Plus” avtomobili olan lotereyanın qalibini elan edib. Bu mükafatın sahibi “Yango”nun tərəfdaş sürücüsü Rasim Zeynalov olub.
Lotereya kampaniyası 2024-cü il iyulun 15-dən sentyabrın 22-dək rəsmi təşkilatçı qismində çıxış edən marketinq agentliyi ilə birlikdə baş tutub.
Lotoreya çərçivəsində “Yango” tərəfdaş sürücüləri tamamlanmış hər 30 sifariş üçün 1 kupon əldə edirdilər. Hər kupon yanacaq kartları, smartfonlar və yeni avtomobil qazanmaq şansını artırırdı. Lotoreyanın finalı sentyabrın 22-də keçirilib.
2023-cü ilin mart ayından “Yango”da tərəfdaş sürücü kimi işləyən Rasim Zeynalov bu kampaniyada iştirak etdiyi üçün sevincli olduğunu bildirib: “Maşını qazandığımı biləndə buna inana bilmədim. Bu, böyük uğurdur və bu fürsət üçün “Yango”ya təşəkkür edirəm”!
Onu da bildirək ki, R.Zeynalov bir il yarım ərzində 4.91 bal toplyaraq özünü məsuliyyətli və aktiv sürücü kimi təsdiq edib.
Lotereyada yalnız yüksək xidmət standartlarına cavab verən və ən azı 4,7 reytinqə malik sürücülər iştirak edə bilərdi. Qaliblər buraxılmış kuponlar əsasında təsadüfi seçilmiş nömrələr vasitəsilə müəyyən edilib.
Həftəlik tirajların nəticələri “Yango Pro” tətbiqində və şirkətin sosial şəbəkə səhifələrində elan edilib.
Lotereya təşkilatçıları uduşları təqdim etmək üçün tiraj tarixindən sonra 90 gün ərzində qaliblərlə əlaqə saxlayacaq. Daha ətraflı məlumat üçün qaliblər proqramdakı dəstək çatı ilə əlaqə saxlaya bilərlər.


Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











