Valtteri Bottas: "Bakıda məğlubiyyətdən sonra uşaq kimi ağladım"

"Mercedes" komandasının pilotu Valtteri Bottas etiraf edib ki, 2018-ci ildə Azərbaycanda keçirilən Qran-pridən sonra o qədər məyus olub ki, mehmanxanaya qayıtdıqdan sonra ağlayıb. Finlandiyalı idmançı həmin yarış zamanı önə çıxsa da, təkərin partlaması səbəbindən yarışı başa çatdıra bilməyib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, pilotun sözlərini "Racefans" nəşri sitat gətirib. "Bu, mənim karyeram ərzində ən böyük məyus olduğum yarışlardan biri idi. Onun ən yaxşı yarışlardan biri olduğunu düşünürdüm. Uzun müddət geridə gedirdim, lakin önə çıxa bildim. Hiss edirdim ki, hər şey nəzarət altındadır, yalnız bir az şansa ehtiyacım var idi, lakin sonra deşilmə oldu və çıxışımı dayandırdım. Çox istərdim ki, mövsümdə ilk qələbəmi qazanım, çünki bundan əvvəl bir neçə dəfə finişə liderdən bir addım geridə çatmışam. Sonra bütün komanda məni dəstəklədi. Mehmanxanaya qayıtdıqdan sonra tamamilə əzgin idim və uşaq kimi ağladım. Ancaq, sonra özümə gəldim və dedim ki, bir uğursuzluq məni sındıra bilməz", - deyə Bottas bildirib.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












