Yaponiya Qran Prisinin qalibi müəyyənləşib

"Formula-1" üzrə Yaponiya Qran Prisinin qalibi müəyyənləşib. Avtosfer.az "Report"a istinadən məlumatına görə, 53 dövrəlik mübarizənin yekununda finiş xəttini "Mercedes" pilotu Lüis Hemilton birinci keçib. Onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull" pilotu Maks Ferstappen üçüncü yeri tutub. Hemilton karyerasında 71-ci, "Mercedes"də isə 50-ci dəfə qələbə qazanıb. Pilotlardan 17-si finişə çata bilib. Yaponiya Qran Prisindən sonra ümumi sıralamada Lüis Hemilton 331 xalla 1-ci pillədə daha da möhkəmlənib. Bu dəfə 6-cı yerlə kifayətlənən "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel 264 xalla ikinci, Valtteri Bottas 207 xalla üçüncü, "Ferrari"nin finlandiyalı pilotu Kimi Raykonnen 196 xalla dördüncüdür. Avtomobillərin yarışında "Mercedes" 538 xalla 1-ci, "Ferrari" 460 xalla ikinci, "Red Bull" isə 319 xalla 3-cüdür. Qeyd edək ki, növbəti Qran Pri 19 - 21 oktyabrda ABŞ-da keçiriləcək.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












