Ağır qəza törədən avtobus sürücüsü narkoman çıxdı: məhkumluğu da var

Bu gün Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşayıb. Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a təsdiqləyib. Bu gün baş verə qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.
Vaqif Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu "Ayşən" MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.
Şöbə rəisi hadisə nəticəsində 35 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, bir nəfər 13 yaşlı məktəblinin həyatını itirdiyini qeyd edib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Orxan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












