"Artıq vəziyyət o həddə gəlib çatıb ki, tıxacın olmadığı bir ərazi yoxdur" - EKSPERT

Bakı şəhərinin ən ciddi problemi avtomobillərin yaratdığı tıxaclardır. Ən böyük tıxac isə özünü Bakı-Sumqayıt istiqamətində göstərir və sıxlıq saatlarla davam edir. Mütəxəssislər deyirlər ki, problemdən çıxış yollarından biri Bakı-Sumqayıt istiqamətində yeni magistral yolun çəkilməsidir. Məsələ Nazirlər Kabinetinin 2024-cü il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlər siyahısına daxildir. “Vahid Fəaliyyət Planı”nda “Bakı-Sumqayıt” yeni magistral yolunun 2024-2027-ci illər ərzində tikintisi nəzərdə tutulub.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, yol infrastrukturu ciddi və ağır məsələdir.
"Yeni yol çəkiləcək, alternativ yollar olacaq. Bu, cənab Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramında da öz əksini tapıb. Bu məsələ yaxın vaxtlarda yekunlaşacaqsa, bu zaman biz o istiqamətdə xeyli dəyişikliyin şahidi olacağıq. Hazırda, əlbəttə, bu problem çox ciddi formada narahatlıq yaradır. Hər kəs bundan narazıdır. Artıq tıxacda saatlarla vaxt keçirmək insanları yorub. Buna görə də bir çıxış yolu axtarırlar. Hər kəs çıxış yolu gözləyir. Bu çıxış yolu da alternativ yolun çəkilməsidir. Bununla bağlı ölkə rəhbəri ciddi tapşırıqlar verib. Dövlət proqramı təsdiqləyib. Geridə qalan məsələ odur ki, aidiyyəti qurumlar bu işi səmərəli formada görməlidirlər. Hal-hazırda demək olmaz ki, bu yol 5-10 günə tikiləcək".
Ekspert qeyd etdi ki, bu məsələni tezliklə həll etmək mümkün deyil.
"Amma yaxın 5 il üçün nəzərdə tutulan dövlət proqramının icrası müsbət nəticələr verə biləcək. Bakı-Sumqayıt yolu tıxacdır. Cənub istiqamətindən, Qaradağ tərəfindən şəhərə girişdə də dəhşətli tıxac müşahidə olunur. Artıq vəziyyət o həddə gəlib çatıb ki, tıxacın olmadığı bir ərazi yoxdur. Belə bir ərazi artıq təsəvvürümüzə gəlmir ki, Bakıda tıxac olmayan ərazi varmı? Suala cavab olaraq bildirə bilərik ki, yoxdur. Hər yerdə tıxac var", - deyə E.Muradlı bildirdi.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










