Avtobus parkımız o qədər də yaxşı vəziyyətdə deyil - AÇIQLAMA

Qurban bayramı ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzallar və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bəs bayram günlərində sərnişin axını nəzərə alınarsa, avtobusların vaxtında çatdırılması və sərnişin sıxlığı məsələləri nə dərəcədə effektiv idarə olunacaq?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı "Crossmedia"ya açıqlama verib.

Ekspert bildirib ki, hər il bayram günlərində avtovağzal sərnişin sıxlığını nəzərə alaraq xəttə əlavə avtobuslar buraxır və demək olar ki, nəticədə sərnişin axını tam tənzimlənir:
“Avtovağzal ərazisindən hərəkət etmək istəyən bütün sərnişinlər üçün ümumilikdə normal şərait yaradılır. Biletlərin vaxtında alınması, istər onlayn şəkildə, istərsə də birbaşa avtovağzaldan əldə edilməsi zamanı bəzi sərnişinlər müəyyən səhvlərə yol verirlər. Nəticədə yaranan problemləri avtovağzal kompleksində görürlər. Lakin işləri qaydaya salıb, çox rahat şəkildə hərəkət etmək mümkündür. Avtovağzal kompleksi də bunu təmin edə bilir. Ümumilikdə indiyə qədər ciddi problemlər yaşanmayıb. Bir daha vurğulayıram ki, bəzi hallarda vətəndaşlar vaxtında səfər qaydalarını düzgün tənzimləmir və problem çıxanda da hansısa qurumu günahlandırmağa çalışır. Düzdür, avtobus parkımız o qədər də yaxşı vəziyyətdə deyil, hələ də köhnə avtobuslarla hərəkət edirlər. Bu məsələyə də ayrıca bir yanaşma olmalıdır. Amma bu, ümumilikdə bugünkü formada sərnişin axınını tənzimləmək hələ ki, ciddi problem yaratmır. Burada hüquqi və fiziki şəxslərin üzərinə məsuliyyət düşür ki, sərnişin axınına uyğun xəttə normal, daha təhlükəsiz avtobuslar buraxsınlar. Yol polisi də dəfələrlə sərnişinlərə xəbərdarlıq edir ki, vaxtında bu işləri tənzimləməyi bacarsınlar və xaotik hərəkətlərə yol verməsinlər”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










