Avtobus qəzasında ağır yaralanan Novruzu səhv əməliyyat ediblər - VİDEO

Oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun vəziyyəti ağır olaraq qalır. Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, xəstənin anası Sevil Salmanova bildirib ki, oğlunun ayağını 3 saylı Sabunçu xəstəxanasında səhv əməliyyat ediblər. Belə ki, oğlu rentgen olunub və müəyyən edilib ki, əməliyyat düzgün aparılmayıb. Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köçürülüb. Bir aydır ki, reanimasiyada yatan Novruz Salmanov yenidən əməliyyat olunmalıdır. Xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva bu əməliyyatın pulunu ödəməkdən imtina edib. Sevil Salmanova deyir ki, müvafiq qurumlara şikayət etsə də, cavab almayıb. “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva ilə əlaqə məsələ ilə bağlı bildirib ki, indiyə kimi Novruz Salmanovun müalicəsi üçün 30 min manat pul xərcləyib, bundan sonrakı xərcləri isə ödəməyəcək. Qeyd edək ki, İradə Əliyeva Bakıda qatarla avtobusun toqquşması faktına görə oktyabr ayının 17-də istintaqa çağırılıb, daha sonra isə sərbəst buraxılıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












