Avtomobildə siqaret çəkənlər cərimələnə bilər? - AÇIQLAMA

Türkiyədə avtomobil sürərkən siqaret çəkmək 2013-cü ildən qadağan edilib. Bu qadağa həm taksi və digər ictimai nəqliyyat vasitələrinin sürücü və sərnişinlərinə, həm də şəxsi avtomobillərin sürücülərinə şamil edilir. Çünki avtomobildə siqaret çəkmək xüsusilə sürücünün diqqətini yayındırır və bir çox hallarda qəzaya səbəb olur. Siqaretin tüstüsü içəridə olan insanların, eləcə də sürücünün aydın görməsinə mane olur. Bu isə piyada keçidlərini və yol nişanlarını görməyi çətinləşdirir.
Bəs Azərbaycanda belə bir qadağaya ehtiyac var?
Avtosfer.az-ın məlumatına görə, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı "Metbuat.az"a açıqlamasında bildirib ki, Azərbaycanda yalnız taksi və avtobus sürücülərinə sükan arxasında siqaretdən istifadə etmək qadağandır:
“Bu, “Avtomobil nəqliyyatı haqqında” qanunla tənzimlənir. İnzibati Xətalar Məcəlləsində də bu barədə cərimə nəzərdə tutulur ki, avtobus və yaxud taksi sürücüsü maşında müştəri olduğu halda siqaretdən istifadə etməməlidir. Digər hallarda heç bir qadağa və cərimə yoxdur”.

Ekspert qeyd edib ki, tüstünün hər hansı bir görüntünü məhdudlaşdırılması elmi cəhətdən sübut olunmalıdır:
“Çünki hər bir qadağanın elmi əsası olmalıdır. Türkiyədə belə bir qanun qəbul ediblər. Amma Azərbaycanda belə bir təşəbbüs yoxdur. Düşünürəm ki, indiki halda heç bir bunun əhəmiyyəti də yoxdur”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











