Azərbaycanda bu "TikTok" istifadəçilərinə cinayət işi açılacaq

“Tiktok” sosial şəbəkəsindən pul qazanmaq üçün istifadə edənlərin sayı günbəgün artır. Təəssüf ki, asan yolla pul qazanmaq kimi qiymətləndirilən bu üsul nəticəsində bir çox insan dələduzların qurbanı olur.
Son dövrlərdə isə “Tiktok” platformasında falçılıq edənlərin çoxluğu gözə dəyir. Onlar canlı yayım açaraq kartla fala baxırlar və insanlara gələcəkləri barədə məlumat vermək üçün ödəniş istəyirlər. Təəssüflər olsun ki, qeyri-qanuni fəaliyyətlə məşğul olan bu falçıların izləyici kütləsi də böyükdür. İnsanlar onlara inanır və ödənişlər edirlər.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Bizim.Media-nın göndərdiyi sorğuya cavab olaraq məsələnin araşdırıldığı bildirilib:
“Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişdirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır. Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə edirik”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












