Bakı nə zaman qışa hazır olacaq? - EKSPERTDƏN AÇIQLAMA

Bakının qış hazırlıqlarında həmişə problemlər olub. Yağışlar və ilk qar yağan kimi ortaya çıxan problemlər Bakının və ümumiyyətlə, ölkənin payız və qış mövsümünə hazır olmadığını üzə çıxarır. Qar yağmadan əvvəl "Bakı qışa hazırdı" deyilirdi. Lakin indiki şərait və olanlar bunun əksini göstərir.
Bakı nəqliyyatı və avtomobil yolları nə zaman qışa hazır olacaq?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Big.az”a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakını qışa hazırlamaq üçün uzun bir proses və yol keçməliyik. Çünki yol təsərrüfatını bərbad vəziyyətə salıblar. Yollarımız həqiqətən də təhlükəyə çevrilib, xüsusilə də qarlı havalarda:

"Sürücülərimiz arasında qeyri-peşəkarlar da çoxdur. Avtomobilin texniki vəziyyətini, keyfiyyətli təkərlərdən istifadə etməyi unudurlar. Qarın yağması ilə çox ciddi problemlər ortaya çıxıb. Bir daha əmin olduq ki, verilən vədlər yalan və şayiədir. Vədin doğru olması üçün ortaya iş qoyulmalı idi. O da göz qarşısındadır. Təəssüf hissi ilə bildirirəm ki, hər il verilən vədlər müəyyən bir ümid yaradır ki, bəlkə problemlər öz həllini tapar. Lakin baş verən hadisələr əksini sübut etdi.
Səhlənkarlıq və problemlərə qeyri-ciddi yanaşmanın səbəbi nədir? İnsanlar işbilməz məmurların əlində qalıblar. Vaxtı ilə keçmiş icra başçısı çıxışında "Bakıya ildə 2 dəfə qar yağır, o da bir günlük. Sonra da öz-özünə ərir və gedir" deyirdi. İcra başçısı olaraq Bakı şəhərini çürük düşüncələrlə idarə edib. Təəssüf ki, o dövrlə hazırkı vəziyyət arasında fərq yoxdur. Məmurlara görə "Bakıda heç bir problem yoxdur".
Tez bir zamanda məsələlərin öz həllini tapacağına ümid edə bilmirik. Buna görə də problemlərin həllini nə zaman tapacağı ilə bağlı dəqiq proqnoz verə bilmirəm".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










