Bakıda quraşdırılan “sarı tor” London küçələrində də var – Maraqlı VİDEO

Yazarlar 18 Noyabr 2018 01:05 Oxunub 2672
Bakıda quraşdırılan “sarı tor” London küçələrində də var – Maraqlı VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Beynəlxalq təcrübə” deyəndə bu cür görüntülərə nəzər salmaq olar

Təxminən bir ay əvvəl Bakı Nəqliyyat Agentliyi Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində “təhlükəsizlik toru” deyilən və bizim üçün yeni bir sistem quraşdırdı. Bəzi sürücülər bunu alqışlasalar da, narazı qalanlar da oldu. Lakin ümumilikdə baxsaq, təhlükəsizlik baxımından bu cür addım təqdirəlayiqdir və Avtosfer.az–ın təqdim etdiyi videomaterialda siz eyni prosesi London küçələrində də görə bilərsiniz. Yəni London küçələrində də yolayırıcılarına bu cür sarı torlar çəkilir və sürücülərin yolayrıcından keçmə  qaydalarına əməl etməsinə imkan yaradır.
Əslində, bu, yaxşı vasitəsdir. Lakin göründüyü kimi, London küçələrində yol şəraiti daha genişdir və ətrafı daha rahat müşahidə etmək olur. Yəni vəziyyəti qiymətləndirmək baxımından sürücülər üçün əlverişli şərait var. Bakıda isə bu, biraz qarışıqdır və bəzi hallarda sürücülər üçün aydın olmayan məqamlar yaranır. Məsələn, London  küçələrində avtobuslar sol zolaqla hərəkət etdiyi üçün sağda sürücülər vəziyyətə tam nəzarət edə bilir, yol ayrıcını keçərkən svetoforu görmək imkanı əldə edirlər və bu da onların işini asanlaşdırır.
Ümumilikdə, London küçələrində nişanlanma və yol nişanları çox mükəmməl şəkildə təşkil olunub. Svetoforların və işarələrin hərəkəti də yüksək səviyədədir və göz oxşayır. 
Piyadaların normal hərəkəti, minik avtomobillərin avtobuslarla eyni küçədə çox rahat şəkildə, bir-birnə mane olmadan hərəkət etməsi və sağ-sol hissənin ortasında velosepidçilər üçün xüsusi zolağın yaradılması olduqca zövq verir. Bu da yol hərəkətinin təşkili ilə bağlı ən incə məqamlara belə necə həssas yanaşıldığını göstərir. Burada əlbətdə maraqlı məqamlar var. Hətta ayırıcı zolaqlar ziqzaqvari formada təşkil edilib.
Çox istərdik ki, Bakı şəhərində də yol hərəkətinin təşkili ilə bağlı belə gözəl təsvirlərdən istiafdə olunsun. Belə maraqlı məlumatlar, lövhələr yerləşdirilsin. Yol hərəkətinin təşkili ilə bağlı beynəlxalq təcrübə deyəndə bu cür  görüntülərə nəzər salmaq olar.
Ümid edirik ki, gələcəkdə BNA Bakı şəhərində hərəkətin təşkili ilə bağlı müəyyən addımlar atarkən beynəlxalq təcrübəni, xarici ölkələrin paytaxt şəhərlərində yaradılan şəraiti nəzərdə keçrib sonra qərar qəbul edəcək. Çünki artıq dövr dəyişdikcə, şəhərlər sıxlaşdıqca yol hərəkətinin təşkilində fərqi yanaşmalar özünü göstərir. Bəzən hətta yollarda az qala sürücülərə hər şeyi sözbəsöz başa salan nişanlar, işarələr quraşdırılır ki, şərait tam aydın olsun. Odur ki, dünya təcrübəsini ölkəmizdə görmək, sovet dövrünün yol infrastrukturundan xilas olmaq arzusundayıq. 


Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh