"Bakıda quraşıdırılan tumbalar təhlükəszlik baxımından əlverişlidir” - Ekspert

Bakı Nəqliyyat Agentliyinin (BNA) Bakıda Neftçilər prospekti, Kukla teatrı ilə üzbəüz parkın ətrafındakı səkilərə tumba quraşdırılması şəhər sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Sakinlər hesab edir ki, agentlik bu işlərlə sanki şəhəri qəfəsə döndərmiş olur. Onlar düşünür ki, tumbaların quraşdırılması səkiyə çıxan avtomobillərin qarşısını alsa da, şəhərin görüntüsünə xələl gətirir. Şəhər sakinləri fikirlərini sosial şəbəkələrdə ifadə ediblər. Sakinlərdən fərqli olaraq yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında sözügedən yeniliyi yaxşı hal kimi qiymətləndirdi.
Onun fikrincə, səkilərdə tumbaların quraşdırılması həm təhlükəsizlik, həm də bəzi aspektlərdən əlverişli bir variantdır: "Avtomobil terroru dünyada geniş yayılır və heç kim əmin deyil ki, Azərbaycanda da, belə bir addımı heç kəs atmaz. Yəni o, qədər həyatından bezmiş, cəmiyyətə zərər vurmaq istəyən insanlar var ki, onlardan hər şey gözləmək olar. Son vaxtlar baş verən yol nəqliyyat hadisələrinin incələnməsi, müşahidə edilməsi onu göstərir ki, qəzalar səkidə baş verir. İki avtomobil toqquşur, biri səkiyə çıxır. Nəticədə isə səkidə hərəkət edən hünahsız insanlar xəsarət alır, ölür”.
Tumbaların şəhərin görüntüsünə xələl gətirməsi məsələsinə də aydınlıq gətirən ekspert hesab edir ki, bu, zərurətdən irəli gələn addımdır: "Bizim cəmiyyətimizin özü məcbur etdi ki, artıq biz bunu edək. Yəni BNA məcburən bu addımı atır. Nəyə görə? Səkilərdə parklanmanın qarşısını almaq mümkün deyil. Pandus quraşdırırlar, onun üzərində maşın saxlayırlar. Axırı gətirib məcburən pandusların üstünə də o tumbalardan basdırılar ki, maşınlar çıxmasın. Özünü "ağıllı" sayan, özünü cəmiyyətdə mövqe tutmuş şəxs hesab edən, kimdənsə üstün tutan şəxslər harada gəldi maşın saxlayırlar. Səkini qaldırısan, gedir bahalı və hündür maşın alır. Maşın hündürdü deyə səkiyə dirmandırırlar. Yəni belələri ilə mübarizə aparmaq üçün çəpərdən başqa variant qalmır. Baxın, piyada keçidləri ola-ola insanlar yola çıxır. Niyə çıxır?. Çünki məsuliyyətsiz adamdır. Dünyanın əksər ölkələrində bununla mübarizə apara bilmirlər. Götürüb yolu çəpərləyirlər. Axırda bizdə də yollara çəpər çəkəcəklər ki, piyadalar yola girməsin".
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?











