Bakıda yol polisləri ilə qadınlar arasında münaqişə yaşandı - DYP araşdırır

Noyabrın 1-də sputnik.az-ın 3 xanım əməkdaşı işə gecikdiyi üçün məzəmmət olunub. Redaksiya işçiləri evdən yola sərf olunacaq zamanı nəzərə alaraq çıxıblar. İşin xüsusiyyəti elədir ki, jurnalistlərin boş vaxtları praktiki olaraq olmur. İşə gecikmənin səbəbi isə, nə qədər paradoksal olsa da, "20 Yanvar" metrostansiyası yaxınlığında Dövlət Yol Polisi əməkdaşının yaratdığı gərginlik olub. Belə ki, cümə axşamı saat 09:40 radələrində "20 Yanvar" dairəsindən Zərdabi küçəsi istiqamətdə hərəkət edən 29 nömrəli sərnişin avtobusu yol polisləri saxlayıb. Onlar nəqliyyat vasitəsinə həbs qoyulduğu üçün sürücüdən sərnişinləri düşürməyi tələb edib.
Demək olar ki, bütün sərnişinlər nəqliyyat vasitəsindən yerə düşürülüb, lakin bir neçə qadın prinsipial olaraq öz yerlərində oturublar. Onlar polislərə bildiriblər ki, qanunvericiliyin tələblərini bilirlər və qanun keşikçilərindən tələb ediblər ki, avtobusu son dayanacağa qədər müşayiət etsinlər, yalnız bundan sonra nəqliyyat vasitəsini cərimə meydançasına aparsınlar. Beləcə tərəflər razılığa gəlib və sərnişinlər öz yerlərində oturduqdan sonra avtobus yenidən hərəkətə başlayıb.
Lakin Zərdabi küçəsində, keçmiş qızıl-zinət zavodu yaxınlığında müşayiət edən polis avtomobili yenidən avtobusu saxlayıb və sərnişinlərin bir hissəsini yenidən, ikinci dəfə avtobusdan düşürüb. Polislərin fikirlərini niyə dəyişdikləri bilinmir, lakin bu dəfə onlar prinsipial mövqe tutublar və narazı sərnişinlərə bildiriblər ki, kimin hara gecikməsi veclərinə belə deyil: "Biz qanunları bilirik, siz bizə onları öyrədə bilməzsiniz".
Qadın sərnişinlər polislərdən daha da prinsipial və qətiyyətli olublar. Onlar öz dayanacaqlarında düşməyənə qədər yerlərindən tərpənməyəcəklərini bəyan ediblər. Bunu görən polislərdən biri avtobusun sükanı arxasında əyləşərək elan edib ki, "Son dayanacaq Badamdar qəsəbəsindədir və avtobus ora gedənədək heç kim yolda düşməyəcək".
Vəziyyət yenidən gərginləşib. Haqlı mövqelərindən geri durmayan qadınlar isə, sürücüdən avtobusu onların düşməli olduqları dayanacaqda saxlamağı tələb ediblər. Nəticədə polis sürücü saxlamalı olub və qadınlar öz dayanacaqlarında avtobusdan eniblər.
Avtosfer.az xəbər verir ki, bu barədə sputnik.az-ın əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb, lakin baş verənlərə dair aydın izahat əldə edə bilməyib.
Bundan sonra müxbir Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DİN BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyevə müraciət edib. Əliyev vurğulayıb ki, onlar tərəfindən baş verənlər araşdırılacaq və yalnız bundan sonra polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət veriləcək.
BDYPİ sözçüsü, həmçinin qanunvericiliyin tələbəni də açıqlayıb: "Qanuna əsasən, münaqişəli vəziyyətdən yayınmaq üçün polis əməkdaşı avtomobil parkının dispetçeri ilə əlaqə saxlamalı və sərnişinlər düşürülməzdən əvvəl alternativ ictimai nəqliyyat vasitəsi ilə təmin edilməlidir. Bununla da sərnişinlər heç bir çətinlik olmadan təyinat nöqtəsinə çata bilər".
"Ya da YPX avtomobili avtobusu son dayanacağa qədər müşayiət etməlidir. Lakin dayanacaq bu halda onun xidmət apardığı ərazidə olmalıdır. Əks halda yol polisinin avtomobilinə quraşdırılan GPS onun müəyyənləşdirilən ərazini tərk etdiyini qeydə alacaq ki, bu da olmamalıdır. Sizin dediyiniz halda, baş verən qayda pozuntusu dispetçer tərəfindən törədilib. Çünki o, xəttə problemli avtobus buraxmamalıdır".
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










