Banka əmanət qoyanların DİQQƏTİNƏ! Belə daha çox gəlir qazanacaqsınız

Banklara qoyulan pul əmanətləri insanların maliyyə təhlükəsizliyini təmin edən, eyni zamanda gəlir əldə etməyə imkan verən bir mexanizmdir. Bu əmanətlər həm fərdi şəxslər, həm də müəssisələr üçün müxtəlif məqsədlərə xidmət edir: gəlir əldə etmək, qənaət etmək və ya müəyyən bir maliyyə məqsədinə çatmaq. Banklarda əmanətlərin yerləşdirilməsi, pulun qiymətini qorumaq və maliyyə bazarlarında sabitlik yaratmaq baxımından vacib bir rol oynayır.
Əmanətlərin müxtəlif növləri mövcuddur və hər biri müəyyən faizlərlə təklif edilir. Bəs vətəndaş pul vəsaitini nə zaman banka yerləşdirsə daha çox gəlir əldə edə bilər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı deputat Vüqar Bayramov Baku.ws-ə açıqlama verib.
O bildirib ki, banklarda əmanətlərin yerləşdirilməsi ilə bağlı müddət vətəndaşın özü tərəfindən seçilir:
“Çünki əmanətçi praktik olaraq müddəti seçməklə yanaşı həm də, faiz dərəcələrini müəyyənləşdirir. Daha uzun müddətli dövr üçün əmanətlər yerləşdiriləndə həmin əmanətlər üzrə devident faizləri də yüksək olur. Nisbətən qısa müddətli dövrdə divident faizləri az olur. Amma bu əmanətçinin həmin vəsaitə olan ehtiyacı ilə bağlıdır. Nəticə olaraq əmanətçi həmin vəsaiti daha uzun müddətdə yerləşdirməklə daha çox gəlir əldə edə bilər. Əmanəti faizlər nə zaman uyğundursa, o zaman qoyulması daha məqsədəuyğundur. Bununla bağlı elə də vacib bir prinsip yoxdur. Sığortalanan faizlər çərçivəsində daha yüksək rəqəm təklif edən banklarda əldə olan vəsait yerləşdirilə bilər”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










