"Başqa alternativlər olmadığı üçün yararsız avtobusları xətdən çıxarmırlar" - Ekspert

"Bu gün Bakı şəhərində istismar olunan 2160 avtobusdan təxminən 1000-ə yaxını istismara yararsızdır. Başqa alternativlər olmadığı üçün məcburən yararsız avtobusları xətdən çıxarmırlar. Əgər çıxarılsa, daha ağır vəziyyət yaranar, insanlar yolda qalar".
Avtosfer.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

"Ümumilikdə əsas hədəf odur ki, tez bir zamanda avtobus parkı yenilənsin. Bunun üçün cənab Prezident dövlət proqramını təsdiqləyib. Proqramda da müəyyən mesajlar var ki, bu il təxminən 200-250 elektrikli avtobus istehsal olunacaq. Növbəti illərdə onların ehtiyat hissələrinin ölkəmizdə istehsalı nəzərdə tutulur. Bu kimi zəruri addımlar xaricdən avtobus almaq imkanlarını artırmaq, yerli istehsala keçmək üçündür".
Ekspert bildirib ki, AYNA və Nəqliyyat Nazirliyi də etiraf edir ki, istismar olunan avtobusların təxminən mini yararsız haldadır:
"Bu problem illərdir yığılıb qalır. Bu ildən etibarən daşıyıcı şirkətlərə dövlət dəstəyinin ediləcəyi gözlənilir. Bu ilin dövlət büdcəsi müzakirə edilərkən də məsələyə toxunuldu. Müsbət tendesiyaların olacağı gözlənilir ancaq zaman sürətlə gedir və insanlarımız narazıdır. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq, insanlarımızın ictimai nəqliyyata etibarı yaranacaq. İnsanlar daha təhlükəsiz və rahat nəqliyyat istəyirlər".
Qeyd edək ki, bir neçə gün öncə Yeni Günəşli ərazisində 50 nömrəli avtobus bir neçə maşına çırpılaraq qəza törədib.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










