Başqalarına problem yaradanlar: Yolları bağlayan yük maşınları – VİDEO

Şəhərin tıxac problemindən danışanda yük maşınlarının yolları bağlaması halları öndə gəlir. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, tikintiyə cəlb olunan maşın və mexanizmlərin belə istismarı qanunla qadağan olunsa da, görünən odur ki, bir çox şirkət buna əməl etmir. Şəhərin daxili küçələrinə girmək üçün xüsusi buraxılışın alınması mütləqdir. Buna isə birbaşa yol polisi nəzarət etməlidir.
Vaqif Əsədov - BBDYPİ-nin şöbə rəisi: "Strateji əhəmiyyətə malik olan tikintilərdə də istifadə edilən yük avtomobilləri də var ki. Onlara xüsusi buraxılışlar verilib. Onların da hərəkəti üçün konkret marşrut ayrılıb. Bundan əlavə tikintinin eskiz layihəsi hazırlanan zaman texniki işlər üçün də yerlərin qeydləri əsas şərtlərdəndir.
Cahid Həsənov - Memar: "Sərəncamlar verilərkən birinci amil bu göstərilməlidir ki, binanın, tikintinin gedişatı dövründə və gedişatından sonra istismara təhvil verildiyi dövrdə qarşısında nəqliyyat vasitələrinin saxlanılması üçün xüsusi yerlər indidən təyin olunsun". Ekspertlər məsələnin köklü həlli üçün beynəlxalq praktikadan yararlanmağı məsləhət görür. Bura işlərin gecədən hazırlanmasından tutmuş, xüsusi zolağın salınmasına kimi bir çox məsələ daxildir.
Elməddin Muradlı - Ekspert: "Bu tikinti şirkətlərini də qınamaq olmur. Deyək ki, palçıq maşınları var, ya öncədən tikinti şirkətinin ərazisində saxlamalıdır, ya da gündüz işin axarına uyğun qrafik şəklində DYP-nin nəzarəti ilə hərəkət etməlidirlər".
Cahid Həsənov - Memar: "Tikinti səkinin dibində aparılmalı deyil və qırmızı zolağı olmalıdır. Söhbət tikinti zamanı maşının materialları tikinti aparılan yerin qarşısında boşaldmasından getmir. Bina istismara təhvil verildikdən sonra belə həmin yerdə maşını saxlamağa yer olmur". Bu kimi halların yaşanmaması üçün ən optimal variant kimi şəhərin mərkəzindəki tikinti işlərini, xüsusən də yaşayış komplekslərini ətraf ərazilərə daşımaq məqbul sayılır.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










