Bataqlığa çevrilən MƏRKƏZİ KÜÇƏLƏR: Təmirə nə vaxt başlanılacaq? – FOTO

Quba şəhərində bəzi mərkəzi küçələrin yararsız vəziyyətə düşməsi sakinlərin qayğısını xeyli artırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a müraciət edən Quba sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, şəhərdə uzun müddət əvvəl asfaltlanmış bir sıra küçələrdə hazırda çox acınacaqlı vəziyyət yaranıb.
Bildirilib ki, Mirzə Fətəli Axundov, Xətai, Qələbə və Salatın Əsgərova kimi mərkəzi küçələrdə əmələ gələn çala-çuxurlar həm piyadaların, həm də avtomobillərin hərəkətini çox çətinləşdirir.
Quba Regional Perinatal Mərkəzin yerləşdiyi küçədə isə çuxurların sayı-hesabı yoxdur. Tibb müəssisəsinə üz tutan ağır xəstələr də bu “xəndəkli” yoldan keçməyə məcbur olurlar.
Sakinlər deyir ki, həmin küçələr uzun müddət təmir edilmədiyindən payız-qış aylarında əsl bataqlığa çevrilir və keçilməz olur. Bu şəraitdə şagirdlərin məktəbə gedib-gəlmələri, həmçinin təcili tibbi yardım avtomobillərinin hərəkəti demək olar mümkünsüz hala gəlir.
Yuxarıda sadalanan küçələrdə yaşayanlar yolların təmiri ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, müsbət cavab almayıblar.
Məsələ ilə əlaqəli Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, bəhs olunan küçələrin daxili imkanlar hesabına yaxın vaxtlarda asfaltlanması nəzərdə tutulub:
“Zəruri vəsait ayrılan kimi təmir işlərinə başlanılacaq və küçələrdə müasir işıqlandırma sistemləri də qurulacaq”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı

















