Biləcəri dairəsində xaos yaşanır – FOTO

Bakı Avtovağzalı yaxınlığında yerləşən və yeni təmirdən çıxan Biləcəri dairəsində tez-tez marşrut avtobuslarının hərəkətində qarışıqlıq müşahidə olunur. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yolun kənarında, yaxınlıqda yerləşən göydələnin tam dibində şüşə dayanacaq quraşdırılsa da, dayanacağın önündən ötüb keçən avtobuslar orada yox, 100 metr kənarda saxlayırlar. Həmin ərazinin həddən artıq yükləndiyini nəzərə alsaq, burada avtobuslardan düşmək və çıxmaq sərnişinlərə də problem yaradır, qalan avtomobillərin hərəkətinə də. Marşrut avtobuslarının nömrələrini göstərən xüsusi tabloların olmaması sərnişinlərə əziyyət verir, onlar hər avtobusun qarşısına qaçıb gedəcəkləri istiqamətlərdə avtobusları axtarmalı olurlar. Üstəlik, dayanacaq olmadığı üçün sərnişinlər küləkdə, yağışda açıq havada gözləməli olurlar. Onların arasında körpələrin və qocaların olduğunu da diqqətə çatdırmaq istərdik. Sərnişinlər üçün nəzərdə tutulan dayanacaqda isə taksilər dayanır. Məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. “Bu, bizə işimizdəki çatışmazlıqları aradan qaldırmağa kömək edir. Biz həmin ərazidə fəaliyyət göstərən nəqliyyat şirkətlərinə xəbərdarlıq məktubu göndərmişik. Yolun həmin hissəsində marşrut avtobuslarının hərəkətinə nəzarəti gücləndirəcəyik. Əgər onlar yenə qayda-qanunu pozsalar lazımi tədbirlər görüləcək”, - BNA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib. BNA rəsmisi qeyd edib ki, yol polisi ictimai nəqliyyatın hərəkətinə nəzarət edir: “Əgər marşrut avtobuslarının sürücüləri qaydalara əməl etmir və dayanacaqlardan kənarda dayanırlarsa, yol polisi tərəfindən cərimələnirlər”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










