BNA tıxaca görə bu qurumu günahlandırdı - AAYDA xəbərsiz işləyir

Bakı Nəqliyyat Agentliyi Babək prospektində yaranmış tıxacla bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, Azərbaycan avtomobil yolları Dövlət Agentliyi təmin işləri aparmaq məqsədilə yolu bağlayarkən icazə almır, heç bir xəbərdarlıq olunmur. Nəticədə sürücülər tıxacda qalır və avtobusların hərəkətində də gecikmələr yaranır. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Avtosfer.az-a bildirib ki, 15.11.2018 ci il axşam saatlarında Babək prospektindən Qara Qarayev istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, tıxac müşahidə edilib. Tıxac səbəbindən ətraf yollarda da nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtobusların intervalında gecikmələr olub. Mövcud vəziyyətin yaranmasına səbəb, Babək və Qara Qarayev prospektlərinin kəsişməsində körpüdə aparılan təmir işləridir. Əvvəlcədən müvafiq qurum tərəfindən məlumatlandırma aparılmadığından körpü üzərində hərəkət məhdudlaşdırılıb və nəticədə qeyd edilən problemlər yaranıb.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2018 tarixli fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda isə dərhal elektron qaydada Bakı Nəqliyyat Agentliyinə məlumat verilməlidir.
Emin
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











