Bu "moyka" sahibləri cərimələnəcəklər - VİDEO

Həm piyadanın yolunu zəbt edir, həm suyu yola axıdır. İnsanların hərəkətinə mane olan bu cür avtoyuma məntəqələri həm də yolun dağılmasına səbəb olur. Çünki kanalizasiya xətti olmadığından su birbaşa yola axır. Avtosfer.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Avtoyuma məntəqələrinin küçələrdə yaratdığı mənzərə ürəkaçan deyil. Avtomobillərin yuyulduğu suyun kanalizasiyaya deyil, küçəyə axıdılması, avtomobillərin hərəkətinə maneə törətməklə yanaşı, antisanitariya vəziyyəti yaradır.
Azər Allahverənov - Ekspert: "Parla maşın yuyulur və bu par hər yerə səpələnir. Ordan keçən insanlar var, həmin parla nəfəs alır. Maşın yuyarkən xüsusi məhlullardan istifadə olunur. Və par vurarkən hava ilə zərərli maddələrin müəyyən bir qismi insanların tənəffüs sisteminə daxil olur".
Sakin: "Taksi "şofer"i dayanıb burada. Sürtülə-sürtülə keçdim. Sürücü məni təhqir etdi. Dedim axı bu, mənim yolumdur. Bunlar azad olmalıdır. Mən getməliyəm".
Azər Allahverənov - Ekspert: "Qapalı ərazi olmaldır. Nə səkini, nə də hər hansı bir digər hissəni zəbt etməməlidir. Su drenaj sistemləri vasitəsilə birbaşa kanalizasiyaya axıdılmalıdır".
Eyyub Hüseynov - AİB-in sədri: "Avtomobil məntəqələrinə gedən sular hamısı içməli sudur. İçməli su dünyada çox defisit, tapılmayan bir şeydir. Lakin bununla avtomobil yuduzdurmaq çox böyük nadanlıqdır. Və təəssüflər olsun ki, bu biznes Azərbaycanda genişlənib. Ona görə, mən AİB-in sədri olaraq daim yollar axtarıram ki, bu avtomobilyuma məntəqələrinin sayı azalsın".
Ekspertlər hesab edirlər ki, suya qatılan təhlükəli maddəni küçəyə axıdanlar cəzasız qalmamalıdır. Elə qanun da bunu deyir. İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsində qeyd olunur ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər 2500 manatdan 4 min manatadək məbləğdə, hüquqi şəxslər 10500 manatdan 12500 manatadək məbləğdə cərimə edilirlər.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










