Bu sürücülər kamera və radara düşməmək üçün nömrəni çirkli saxlayırlar – VİDEO-FOTO

Havalar soyuduqca yağışlı günlərin də sayı artır. Yağışlı havalarda isə avtomobillər çirklənir, bu zaman əksər avtomobillərdə dövlət nömrə nişanı görünməz hala düşür. Bəzi sürücülər məsuliyyət hissini önə çəkərək nömrəni daim təmiz saxlasa da, kamera və radara düşməmək üçün nömrəni daha da palçıqlı hala salıb görünməz edənlər də var.
Avtosfer.az-ın son günlər Bakıda apardığı müşahidələrdən və göndərilən foto və videolardan məlum olur ki, hətta yağış yağmayanda belə bəzi sürücülər avtomobilin nömrəsini təmizləmir. Hansı ki, “Yol hərəkəti haqqında” qanuna görə, sürücü nəqliyyat vasitəsini istismara yararlı halda saxlamağa borcludur. Eləcə də, şəraitdən asılı olmayaraq dövlət qeydiyyat nişanı daim görünən vəziyyətdə olmalıdır. Lakin bəzi sürücülər nömrənin gah əvvəlini, gah ortasını, gah da axırını silir, yaxud, faraları təmizlədiyi halda nömrəni qəsdən təmizləmir ki, kamera və radar cəriməsindən yayınsın. Lakin görünür yol polisi onları cərimə etmədiyi üçün son günlər belə əməllərə yol verən sürücülərin sayı durmadan artır. Amma nəzərə almaq lazımdır ki, bu cür xətaya yol verən sürücünü aşkar edən yol polisi ona nömrəni təmizlətdirəndən sonra 40 manat cərimə yaza bilər.
Fotolarda gördüyünüz “Range Rover” markalı avtomobilin nömrəsini lupa ilə görə bildik – 90 BG 090. Foto noyabrın 27-də, saat 12.47-də İsmayıl bəy Qutqaşenli küçəsində çəkilib. Parlament prospektində noyabrın 30-da, saat 07.53-də çəkilmiş o biri fotoda "Volkswagen" markalı avtomobildir. Onun nömrəsi də oxunmur. Təxminən baxsaq, 99 EX 600-ə oxşayır. Digər "Range Rover" isə 99 XX 040 nömrəlidir. Amma nömrəyə yaxından baxanda görünür və kamera-radar onu heç cür aşkar edə bilməz. 119 nömrəli avtomobilin nömrəsi isə tam aydın görünmür.
İndi özünüz düşünün ki, bu avtomobillərin sürücüsü haradasa qəza törədib qaçsa onu aşkarlamaq necə olacaq? Odur ki, qaydalara əməl etməyi tövsiyə edirik.
Elməddin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
















