Bu sürücülərin cəriməsi ləğv ediləcək - Müraciət etsinlər

Təcili tibbi yardım maşınına yol verən sürücülərin radar tərəfindən cərimələnməsi qanuna ziddir və bu cərimələr ləğv edilməlidir. Sürücülər müvafiq qurumlara rəsmi müraciət etsələr, cərimə protokollarına xitam veriləcək.
Avtosfer.az xəbər verir ki, bu fikirləri “Axar.az”a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
O qeyd edib ki, “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində bu məsələ öz əksini tapıb:
“İnzibati Xətalar Məcəlləsinin 19-cu maddəsində “son zərurət” anlayışı mövcuddur və bu maddəyə əsasən, əgər qayda pozuntusu hər hansı şəxsin həyatını xilas etmək və ya qorumaq məqsədilə baş veribsə, həmin şəxs məsuliyyətdən azad olunmalıdır.
Qanunda hər hansı dəyişiklik etməyə ehtiyac yoxdur, çünki bu məsələ artıq nəzərdə tutulub. Sadəcə olaraq, vətəndaşlar öz hüquq və vəzifələrini yetərincə bilmədikləri üçün bu cür problemlərlə qarşılaşırlar”.
Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət etmək əvəzinə, problemi ictimailəşdirməyə üstünlük verirlər. Halbuki rəsmi müraciət zamanı sürücünün təcili yardım maşınına yol vermək məqsədilə qayda pozduğu sübut edilsə, cərimə dərhal ləğv ediləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan video-görüntülərdə bir sürücünün qırmızı işıqda dayanaraq arxadan gələn təcili tibbi yardıma yol vermək üçün maşını irəli çəkdiyi və nəticədə radar tərəfindən cərimələndiyi görünür.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












