Bu yol 15 ildir bərbad VƏZİYYƏTDƏDİR: Kifayət qədər vəsait yoxdur ... - VİDEO

İsmayıllının Zərnava kəndinə gedən yol illərdir ki, bərbad vəziyyətdədir. Qış aylarında vəziyyət daha da acınacaqlı olur.
Avtosfer.az-ın məlumatına görə, Zərnava kəndinin minə yaxın əhalisi 15-16 ilə yaxındır ki, yolsuzluq sarıdan əziyyət çəkirlər.
Sakinlər kənd yolunun acınacaqlı vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu illər ərzində bir dəfə də olsun onların səsinə səs verən olmayıb.
Sakinlərin iddialarına görə, 15 il öncə çəkilən Qəbələ-Bakı su kəməri bu kənddən keçir. Həmin vaxt işlər görülən zaman iritonnajlı avtomobillərin hərəkəti nəticəsində yol bu vəziyyətə düşüb.
Məsələ ilə bağlı Zərnava kənd bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, yol 15 il öncə Qəbələ - Bakı su kəmərinin tikintisi zamanı iritonnajlı yük avtomobillərinin hərəkəti nəticəsində bərbad vəziyyətə düşüb: “Hər il yerli bələdiyyə tərəfindən çınqıl döşənsə də, qısa müddət ərzində yol yenə əvvəlki vəziyyətinə düşür. Yol ilk vaxtlardakı vəziyyətinə qayıtması üçün mütləq asfaltlanmalıdır. Aydındır ki, bu da bələdiyyənin imkanları çərçivəsində deyil”.
O da qeyd olundu ki, bələdiyyənin büdcəsində kifayət qədər vəsait toplanan kimi həmin yol təmir ediləcək.
Ətraflı videomaterialda.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










