Dəhşətli qəza ilə bağlı yeni faktlar – Dəmiryolu niyə qorunmur?

Yazarlar 3 Oktyabr 2018 13:29 Oxunub 2270
Dəhşətli qəza ilə bağlı yeni faktlar – Dəmiryolu niyə qorunmur?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəmiryolun mühafizə zonasında tikintiyə icazə vermək və tikinti aparmaq cinayətdir

Faciəli avtobus qəzası yollarımızda çox ciddi bir təhlükəni də üzə çıxardı. Şübhəsiz ki, bu qəzanın əsas zəmini əksər avtobus sürücülərinin ifrat intizamsızlığı, bəzi adamların onlara yaratdığı cəzasızlıq mühitidir. Bu barədə çox danınışılıb. Amma dəfələrlə qaldırdığımız və bu hadısədə də qabarıq görünən başqa bir faciə mənbəyi də unudulmamlıdır. Bu faciə mənbəyi dəmiryol keçidlərindəki ciddi qüsurlardır. Hadisənin baş verdiyi keçidi (oradan çəkilmiş fotoları, videoları, görənlərin dediklərini) təhlil etdikdə aşağıdakı əsas qüsurlar aydınca görünür:
1. Keçiddəki svetofor işləmir və ya ən pisi - qanunvericiliyə uyğun rejimdə işləmir. Hətta hadisə yerindən dünən çəkilmiş videoreportajdan görünür ki, keçidin yaxınlığında heç bir qatar olmaya-olmaya həmin svetoforun qırmızı işığı yanıb-sönür. Bu eybəcər mənzərə ölkəmizin ərazisindəki bütün dəmiryol keçidlərindədir. Amma bu svetoforun qanunda yazılan iş rejimi var. Həmin qurğu bu rejimdə işləməlidir, camaatı aldatmamalıdır Rejim də belədir: qırmızı işiq yanırsa və ya yanıb sönürsə keçiddə avtomobil və piyada hərəkəti qadağandır, qatar gəlir deməkdir. Qatar yoxdursa, ya svetofor sönməlidir, ya da svetoforda ağ işıq yanmalıdır. Amma bizim keçidlərdəki svetoforlar ya heç vaxt işləmir, ya da günlərlə qatar olmasa da, qırmızı işığı yanıb sönür.
2. Həmin keçiddə 2.5 nişanı yoxdur və stop-xətt də çəkilməyib. Bu iki tənzimləmə vasitəsi çox vacibdir. Ən intizamsız sürücü də onları görəndə daha diqqətli olur.
3. Hadisə yerində ilk çəkilən fotolardan görünür ki, həmin keçiddə şlaqbaum adına bir sarı taxta parçası var (hadisədən sonra onu boyayıb qaydaya salmağa cəhd ediblər, amma yenə də yetərli deyil). Amma şlaqbaumun qanunda dəqiq qeyd edilən rəng tərtibatı var (növbləşən ağ və qırmızı rəng, ortada qırmızı dairə, özü də bunlar hamısı işıqqaytarıcı olmaqla).
4. Hadisə baş verən yürdə olanlar deyirlər ki, bu sarı taxtadan olan şlaqbaum da düz-əməlli işləmirmiş (hadisə anının qeydə alındığı videoda onun bağlı olması görünmür).
5. Keçidin ərazisində və dəmiryolun mühafizə zonasında tikili var. Həmin yaxınlaşan qatarın görünməsini ciddi surətdə məhdudlaşdırır. Xatırladıram ki, dəmiryolun mühafizə zonasında tikintiyə icazə vermək və tikinti aparmaq cinayətdir. (CM-in 222-2-ci və 314-2-ci maddələri).
Detallar araşdırılsa, xeyli başqa qüsurlar da görünər. 
Bir neçə il əvvəl Lökbatanda da keçiddə sərnişin avtobusu ilə qatar toqquşaraq ölənlər və yaralananlar olmuşdu. Belə hadisələrdə intizamsız avtobus sürücləri ilə yanaşı dəmiryol işçiləri də məsuliyyət daşıyırlar. 
Xatırladıram ki, dəmiryol keçidlərinin qeyd etdiyim qaydada təchizatı dəmiryol idarəsinin vəzifəsidir. Amma bu təchizatın yerində və qaydasında olmasına nəzarəti DYP və avtomobil yolunun sahibi də etməlidir.
Çox təəssüf ki, belə sitemli məsuliyyətsizlik faciələrə gətirib çıxarır. Xüsusən də 13 yaşlı yeniyetmə oğlanın həlak olması, körpə uşaqların şikəst olması daha ürəkağridicıdır. Çox heyf...


Ərşad Hüseynov,
hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh