Dəmiryolu keçidində baş verən hadisədə avtobus sürücüsü səhv edib - VİDEO

Binə qəsəbəsində dəmiryol keçidini düzgün keçməyən 160 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobusun görüntüləri sosial şəbəkədə yayılmışdı. Avtobus dəmiryol keçidini keçən zaman şlaqbaum bağlanaraq avtobusun üstünə düşüb. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, avtobus sürücüsü dəmiryol keçidinə daxil olan zaman şlaqbaum açıq olub, svetofor işləməyib və qatar gələn istiqamət məhdud görünmə sahəsi olduğuna görə qatarın gəldiyi görünməyib. Lakin Avtosfer.az-ın əməkdaşının həmin yerdən çəkdiyi görüntüdən sonra məlum olub ki, qatar gələn istiqamətdə heç bir məhdud görünmə şəraiti yoxdur. Keçidin qarşısında quraşdırılmış stop nişanından 20-25 metr əvvəl sağ tərəfdən hər şey aydın şəkildə görünür. Bundan əlavə, “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin II hissəsində qeyd olunub ki, "Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir".
Bundan əlavə olaraq, həmin maddənin IV hissəsində qeyd olunub ki, "Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır". Yəni sürücü stop nişanının yanında dayanıb sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə başlamalı idi. Avtosfer.az-ın çəkdiyi video görüntüdən aydın şəkildə görünür ki, avtobusun sürücüsü stop nişanının yanında dayanıb sağ tərəfə baxsaydı qatarın gəldiyini görəcəkdi. Deməli, dayanmadan hərəkət etdiyinə və məsuliyyətsiz yanaşdığına görə günah sürücünün özündədir.
Təbriz
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?











