Dövlət Agentliyi 2 aydır çökmüş yolu niyə düzəltmir? - VİDEO

Bakı-Dairəvi yolundakı asfalt örtüyündə baş verən çökmə ilə bağlı dəfələrlə redaksiyamıza şikayətlər daxil olub. Lakin aidiyyəti qurumlar həmin problemi həll etmək istəmirlər. Bəzən həmin yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının əllərində süpürgə ilə yol çiynini təmizlədiklərini görürük. Amma qeyd edək ki, asfaltın kənarındakı tozdan öncə asfaltın özü normal şəkildə olmalıdır.
Əməkdaşımız sözügedən yolda çəkiliş aparıb və məlum olub ki, çökmə baş verən hissədə hərəkət edən avtomobillər qəfil zolaqlarını dəyişirlər. Bu isə digər sürücülərə qəza şəraiti yaradır. Yolun hər iki hərəkət hissəsinin eyni kilometrində çökmə baş verib.
Ələt istiqamətində olan hissəsində çökmə o dərəcədədir ki, 100 km saat sürətlə hərəkət edən sürücülər həmin çökəyə düşəndə avtomobilləri sıradan çıxır. Hətta sürücülərdən biri həmin çökəyə düşdüyü üçün avtomobilinin asqı sisteminə ciddi ziyan dəydiyini bildirib. Belə olan halda isə məhkəmə yolu ilə avtomobilə dəymiş ziyanı "AAYDA"-dan tələb etmək mümkündür.
Biz baş verən problemlə bağlı 16 iyul tarixində "AAYDA"-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə məlumat verdik. Lakin iki ay keçməsinə baxmayaraq yolda olan problem hələdə aradan qaldırılmayıb.
Avtosfer.az həmin videonu sizə təqdim edir.
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












