Ən gənc sürücünün hekayəsi: O, 30 sərnişini xilas edib - FOTO

Bu günlərdə digər sürücülərdən fərqli olaraq, sərnişinlərlə nəzakətlə davranan və nəqliyyat vasitəsini peşəkarcasına idarə edən Bakıdakı 18 saylı avtobusun sürücüsü diqqəti cəlb etdi. Bunlar bir kənara, məni heyrətləndirən sürücünün çox cavan görünməsi idi. Avtobusda beş dayanacaq getdiyim müddətdə mən nə bir çuxur, nə bir kəskin döngə və hətta qəfil dayanma hiss etdim. 20 illik sürücülük təcrübəmlə bu gəncin sürücülük məharətini yüksək qiymətləndirdim. Bir neçə gün sonra mən onu tapmaq və söhbət etmək qərarına gəldim. Məlum olub ki, bu sürücü 1991-ci il təvəllüdlü Ərəstun Səmədovdur. “Ailməzdə, demək olar ki, hamı – babam, atam, dayım sürücü olub. Avtobus sürməyi mənə babam öyrədib. Mən hər gün onun reysdən qayıtmasını gözləyirdim. Həyatımın ilk günlərindən həyətimizdə avtobuslar görmüşəm”, - gənc sürücü deyib. Onun sözlərinə görə, məktəbi bitirdikdən sonra sürücülük kurslarına yazılıb və avtobusu idarə etməyə imkan verən D kateqoriyalı sürücülük vəsiqəsi əldə edib. “Sürücülüklə bağlı ilk təcrübəm Bakı-Astara marşrutu üzrə hərəkət edən avtobuslarda olub. Bir müddət sonra həyatımın ən unudulmaz gününü yaşadım”, - Səmədov qeyd edib. Sərnişinlə dolu avtobus Bakıdan Astaraya doğru hərəkətə başladı. 30 nəfər sərnişini olan avtobusun sükanı arxasında gənc sürücü əyləşib. Sürət isə saatda 80 kilometrdir. “Hər şey normal idi. Birdən ağacların arxasından yola qoyun sürüsü çıxdı. Hər şey bir neçə saniyədə baş verdi. Maşın bu sürətlə az qala aşacaqdı. Ancaq mən var gücümlə sükandan yapışaraq, idarəetməni itirməməyə çalışdım. Avtobusu hiss etdiyim üçün faciədən qaça bildim. Analoji vəziyyətlərdə maşının özünü necə apardığını bilirdim. Bu vəziyyətdə atamın idarə etdiyi avtobusda pul yığan zaman qazandığım təcrübə mənə kömək oldu”, - Səmədov bildirib. Salyan Yol Polisi Postu əməkdaşları və bütün sərnişinlər həyatlarını xilas etdiyi üçün gəncə hələ uzun müddət minnətdar olacaqlar.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












