"Ən pis halda səkilərin hündürlüyün aşağı salmaq lazımdır" - AÇIQLAMA

"Panduslarla bağlı şəhərimizdə problemlərimiz çoxdur. Əvvəllər yol infrastrukturuna baxan qurumlar belə məsələlərə diqqət etmirdilər. Çünki anlayışları yox idi. Zaman keçdi və məlum oldu ki, onlar, ümumiyyətlə nəqliyyat strukturunu çox səhv formada qurublar. İndi isə düzəldilməsi çox çətinilik yaradır. Bu gün səkilər icra hakimiyyəti, bələdiyələr tərəfindən ticarət köşkləri, dönərxanalar vəs. üçün satılır".
Avtosfer.az xəbər verir ki, bunu “Sonxeber.az”a nəqliyyat eksperti Elməddin Muradlı danışıb.
O, paytaxtdakı padnus problemləri ilə bağlı açıqlamasında qeyd etdi ki, pandusların quraşdırılması bütün yerlərdə olmasa da, bəzi küçələrdə, hələki, mümkündür:

"Belə olan halda isə pandus qoymaq, ümumiyyətlə, problem yaradır. Digər ən böyük səhv isə o idi ki, səkilərin hündürlüyün çox qaldırdılar. Bildiyim qədəri ilə Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları"nın sədri olanda onun verdiyi özbaşına qərarın nəticəsi idi. Məlum oldu ki, bu heç bir standartlara uyğun olmayan addım idi. Başqa problemləri də nəzərə aldıqda, görürük ki, pandusların quraşdırılması bütün yerlərdə olmasa da, bəzi küçələrdə, hələki, mümkündür. Bu nəzərə alaraq ən pis halda səkilərin hündürlüyün aşağı salmaq lazımdır. Bu zaman fiziki qüsurlu şəxslər oradan rahat şəkildə istifadə edə bilsinlər. Tək fiziki qüsurlular deyil, uşaq arabası üçün də nəzərdə tutulmalıdır. Bu məslələrə baxılmalıdır. Amma, dediyim kimi bəzi küçələrin aqibəti elə həll olunub ki, geridönüş yoxdur, o küçələri söküb-dağıtmaq olmur".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










