Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”

“Əmək qabiliyyəti olduğu halda dilənçilik edən insanları əvvəl araşdırmaq, sonra tədbir görmək lazımdır”. Avtosfer.az xəbər verir ki, bu barədə modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli danışıb. O bildirib ki, insanları mənəvi cəhətdən əməklə məşğul olmağa yönləndirmək lazımdır: “Televiziyalarda, sosial şəbəkələrdə və mətbuatda bir çox sosial çarxlar yayılır. Əmək qabiliyyəti olmadığı halda işləyərək, çörəkpulu qazanmağa çalışan insanların zəhmətsevərliyini əks etdirirlər. Bu çox müsbət haldır. Belə keyfiyyətlər insanın daxili aləminin zənginliyini, böyüklüyünü əks etdirir. Halbuki, dilənçiliyi biznes vasitəsi, peşə kimi dəyərləndirən, normal qəbul edən şəxslər var. Məsələn, qaraçılar dilənçiliklə məşğul olmağı sənət hesab edirlər. Əmək qabiliyyəti olduğu halda dilənçiliklə məşğul olan insanların sosial durumu ilə maraqlanmaq lazımdır. Həqiqətən, bu insanın maddi problemləri varsa, ailəsini dolandıra bilmirsə, müəyyən kömək etmək olar. Bəzən sosial şəbəkələrdə hansısa dilənçinin şəklini yerləşdirirlər, izləyicilər onun maddi durumunun yaxşı olduğunu, fırıldaqçılıq etdiyini yazırlar. Ona görə, bu məsələdə mütləq bələdiyyələrin, ictimai birliklərin, cəmiyyətin fikirlərini öyrənməliyik. O qədər vəziyyəti ağır olan, maddi təminatı aşağı, hətta əmək qabiliyyətini itirmiş insanlar var ki, mənəviyyatını yüksək tutaraq, dilənçiliyə əl atmırlar. Bu insanlara da, ehtiyac ucbatından dilənməyə məcbur olanlara da kömək etməliyik”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










