Hüseyndən polisə şikayət: Maşını bu vəziyyətə salıb – FOTO + VİDEO

Xəbər verdiyimiz kimi, ötən həftə Rusiyanın məşhur azərbaycanlı bloqqeri Hüseyn Həsənov Bakıda fanatları ilə görüşüb. “28 Mall” ərazisində baş tutan tədbirdə izdiham yaranıb. Avtosfer.az xəbər verir ki, görüş zamanı iki avtomobilə ziyan dəyib. Bu barədə sosial şəbəkədə Toğrul Səfərli adlı vətəndaş məlumat yayıb. Şikayətçi “Qafqazinfo”ya danışaraq H. Həsənovla bağlı polisə müraciət etdiyini bildirib: ““Mercedes” markalı avtomobil dayıma məxsusdur. Evi “28 Mall”ın yanındadır, hər gün maşınını orada saxlayır. Videolardan da görünür ki, ərazidə iki avtomobilin üstünə çıxırlar. Birinə fanatları, digərinə isə Hüseyn Həsənov çıxıb. Dayımın evinin pəncərəsindən də izdiham görünüb. Amma biz düşünmədik ki, belə mədəniyyətsizlik edərək maşının üstünə çıxarlar. Maşının damı yatıb, faraları düşüb, yan güzgüləri qırılıb. Yox kimi bir şeydir. Artıq polisə müraciət etmişik. Hər tərəfdə kamera var, bunu rahat bir şəkildə sübuta yetirmək olar. Bilərəkdən şəxsi mülkə ziyan vurulub. Hüseyn edib, dərəbəyilikdir? Belə şey olmaz. Özü ilə maşın gətirmişdi, onun üstünə çıxardı. Bizim mülkə niyə ziyan vurmalıdır? Təşkilatçılar da böyük səhv edib. Həmin ərazi meydan deyil, insanların gündəlik istifadə etdiyi yoldur. Ora 20-30 min insan yığmaq olar? Hüseyn Həsənovun instaqram səhifəsində mesaj yazmışam, amma cavab gəlməyib. Çox insan bilir ki, vətənpərvər insanam, Hüseyn Rusiyada yaşasa da, Bakı ilə bağlı tez-tez paylaşımlar edir. Çox sağ olsun, amma bu demək deyil ki, maşınımıza ziyan vursun?”


"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










