Komitə sədrindən tıxac problemi ilə bağlı - TƏKLİF

Sumqayıt şəhərinin inkişaf potensialı böyükdür. Düzdür, bu gün bu imkanlar əvvəlki illərə, 70-ci illərin potensialına nisbətən az olsa da, keyfiyyət (heç şübhəsiz, ilk əvvəl ekoloji tarazlığın təmin edilməsi baxımından) baxımından yeni məzmun kəsb edir. Odur ki, Sumqayıtın gələcək inkişafı bir növ Bakı meqapolisinin hədlərinin böyüməməsinə xidmət edir, səmərəsiz miqrasiya axınının qarşısını alır. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Son illərdə Sumqayıtın ikinci inkişaf mərhələsi yaşadığını, yeni müəssisələrin istifadəyə verildiyini deyən komitə sədrinin sözlərinə, bu şəhərdə çoxsaylı iş yerlərinin yaradılması Sumqayıtdan Bakıya axını xeyli yumşalda bilər. “Bu, həm illərdir Bakı-Sumqayıt yolunda yaşanan dəhşətli tıxac probleminin nisbətən azaldılması, aradan qaldırılması, həm də asudə vaxtın daha çox olması baxımından müsbət bir addım olardı. Sumqayıt inkişaf edir, imkanlar böyükdür, amma bu gün nə qədər çətin və mürəkkəb də olsa, Sumqayıtın 20-25 illik inkişaf konsepsiyası hazırlanmalıdır. Bu konsepsiyanın hazırlanması, təbii ki, əvvəlki dövrlərdən fərqli olaraq, bir sıra çətinliklərlə üzləşir. Çünki burada gələcəkdə yeni müəssisələrin yaradılması dövlətdən asılı deyil. Burada gələcəkdə daha çox özəl sektor inkişaf etməlidir. Özəl sektorun inkişafını 10 ilə, 15 ilə proqnozlaşdırmaq isə çox çətindir. Amma bütün hallarda bu proqram hazırlanmalıdır”, - deyə o əlavə edib.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










