"MedEra Hospital"dan növbəti şikayət: "Dodaqlarım əyridir, burnumdan qan gəlir" - VİDEO

“MedEra Hospital”la bağlı şikaytlər səngimək bilmir. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki, bu dəfə burun-dodaq əməliyyatı etdirən xanımı çıxılmaz vəziyyətdə qalıb. Evelina Şükürova adlı qadın 2016-cı ildə burun-dodaq əməliyyatı üçün sözügedən hospitalın direktoru və lor həkimi olan Qəhrəman Qəhrəmanova müraciət edib. O, əməliyyat üçün həkimə 2500 manat pul ödəyib. Evelina Şükürovanın sözlərinə görə, ödədiyi məbləğə baxmayaraq onun əməliyyatı uğursuz olub: “Əməliyyat uğursuz oldu. Xoşuma gəlmədiyi üçün həkim dedi ki, bir müddət gözlə, yerinə oturacaq. Bir il tamamında dodağım da əyri, burnum da bərbad vəziyyətdə idi. Burnumdan qan, çirk gəlirdi, istədiyim formada deyildi”. Evelina Şükürovanın burun-dodaq əməliyyatı ikinci dəfə birinci əməliyyatdan bir il sonra baş tutur. Bu zaman qaydalara görə uğursuz əməliyyatdan sonra pulsuz olmalı ikinci əməliyyat üçün ödəniş tələb edilib, vətəndaşdan estetik əməliyyat üçün anesteziya və analizlərin pulu adı ilə 500-600 manat alınıb. Bu əməliyyat da uğursuz olub. Vətəndaş qeyd edir ki, “əziyyət çəkirəm, nəfəs ala bilmirəm. Dodaqlarım əyridir, burnumdan qan gəlir, şəkillər də təqdim edəcəyəm. Əməliyyatdan öncə bundan daha yaxşı idi dodağımla burnum, nəinki indi. Dodaqlarımın tikişləri düz qoyulmayıb, geli dodağımdan tam olaraq çıxartmayıb, dodaqlarım əyridir, danışan zaman dartılır”. Şikayətçi bildirdi ki, “MedEra Hospital”ın direktoru və onun əməliyyatını aparmış Qəhrəman Qəhrəmanov hal-hazırda, “Həyat” klinikasında estetik cərrah olaraq fəaliyyət göstərir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












