"Piyada keçidinə 100-150 metr qalmış..." - Təhlükəsizliklə bağlı AÇIQLAMA

Paytaxtda piyada keçidlərinin yenilənməsi ilə bağlı işlər davam edir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindəki piyada keçidləri yenilənib. Qurumun məlumatında qeyd olunub ki, paytaxtda piyada keçidlərinin yenilənməsi və hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir.
Bununla belə yenə də piyadalar vaxtaşırı yollarda bəzi problemlərlə qarşılaşırlar.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, mövcud piyada keçidlərinin yenilənməsi təqdirəlayiqdir, amma bəzi yollarda piyadaların qarşılaşdığı müəyyən problemlər qalmaqdadır:
“Piyadalarla bağlı əsas problem səkilərdir. Piyada səkilərinin bəziləri vaxtilə zəbt olunub, orada qeyri-yaşayış obyektləri tikilib. Piyada keçidi ilə bağlı nişanlamada müəyyən problemlər mövcuddur. Bilirsiniz ki, piyada keçinin özündə məlumatverici nişan olur. Habelə piyada keçidinə 100-150 metr qalmış qarşıda piyada keçidinin olmasını xəbər verən nişan da yerləşdirilməlidir. Təəssüf ki, bu nişanlar çox yerdə qoyulmur. Bu da həm sürücü, həm də piyada üçün təhlükə yaradır. Yaxşı olardı ki, ölkədə piyada keçidləri ilə bağlı xüsusi monitorinq aparılsın və çatışmayan yerlərdə xəbərdaredici nişanlar quraşdırılsın”.
(demokrat.az)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












