Piyada keçidinin tikintisi niyə dayandırıldı? – Gülməli və ağlamalı səbəb - FOTO

Son illərdə magistral yollarda yerüstü piyada keçidləri inşa edilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda ya düzgün yerdə, ya da düzgün qaydada quraşdırılmır. Bir neçə gün əvvəl Ceyranbatan qəsəbəsində kənarları açıq olduğu üçün qadınların keçə bilmədiyi piyada keçidi barədə məlumat vermişdik. Bu dəfə isə daha acınacaqlı bir mənzərə var. Avtosfer.az xəbər verir ki, Bakı-Quba yolunun 27-ci km-də yerüstü piyada keçidinin tikintisi başlayıb. Proses təxminən bir il əvvəl start götürsə də, iş bir neçə aydır dayandırılıb. Nədənsə yolun hər iki tərəfində əsas dirəklər tikiləndən sonra "görüblər" ki, keçidin tikildiyi ərazi yüksək gərginlikli elektrik xətlərinin altına düşür. Bununla da işi saxlayıblar. Halbuki fotolardan da göründüyü kimi, bir neçə metr kənarda bu iş başlasaydı normal da olardı.
Bu yerdə sadəcə bir məsələ qalır. Yəqin ki, tikintiyə sərəncam verən şəxsin yüksəklik qorxusu var və başını qaldırıb göyə baxa bilmir. Yanindakılar isə çox güman ki, gördükləri işin məsuliyyətini dərk etmir və ümumiyyətlə bu işdən anlayışları yoxdur. Dövlətin bu qədər pulunu havaya sovuranlara bundan başqa ad stapmaq olmur...
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
















