Qarabağ qazisi ehtiyac üzündən maşınını satışa çıxardı - FOTO

Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş keçmiş döyüşçü, polkovnik Azay Kərimov şəxsi maşınını satışa çıxarıb. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, bu haqda Azay Kərimov özü sosial şəbəkələrdə məlumat paylaşıb. Keçmiş döyüşçü buna ehtiyac üzündən məcbur olduğunu vurğulayıb. “Təcili, çox təcili satılır. “QAZ 3110” maşını 2000-ci il buraxılışıdır, təzədir, qaraj maşınıdır. 49900 km yol gedib, motor 2.4, mexanikadır. Saz vəziyyətdədir. Özum zavoddan gətirmişəm. Maşın sökulub və yenidən əl ilə yığılıb. Hələ üstünə, qar, yağış yağmayıb, şaxta görməyib. Altı, salonu və qapılarının içərisi korroziyaya qarşı tam izolyasiya olunub. Bütün detalları zavodundur. Özüm üçün saxlayırdım. Niyyət etmişdim ki, ahıl vaxtimda Şuşada, Laçinda sürüm, onun ücün saxlayırdım! Xəstəm var. Buna görə təcili satıram! 050 (055) 346-09-01.Vasitəcilik edənə hörmət olunacaq!”, - deyə Azay Quliyev bildirib. Azay Kərimov 1965-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində doğulub. Orta məktəbi Malıbəylidə bitirən Azay Kərimov Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb. 1990-cı ilin yanvar ayına qədər SSRİ ordusunda zabit olub, Əfqanıstanda xidmət keçib...
Sonralar Qarabağ müharibəsinin odlu-alovlu döyüşlərində iştirak edib, kəşfiyyatçı kimi ən çətin tapşırıqların öhdəsindən gəlib. O, 1992-ci ilin fevralında Qarabağın Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərini erməni işğalçı qüvvələrinin hücumlarından müdafiə edən, kənd əhalisini kütləvi soyqırım təhlükəsindən xilas edən komandirlərdən biridir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















