Qarlı, buzlu havada baş verən YOL QƏZALARI: Dəymiş zərəri kim ödəməlidir?

“Qarlı və buzlu hava şəraitində yol qəzasında dəymiş zərərin sürücülər tərəfindən qarşılanması sığorta şirkətlərinin təbliğ etdiyi yanlış fikirdən irəli gəlib”.
Avtosfer.az xəbər verir ki, bu sözləri əlverişsiz hava şəraitində baş verən yol qəzalarında sığorta şirkətinin öhdəliklərini şərh edən nəqliyyat eksperti Elməddin Muradlı "Bakues.az"a açıqlamasında deyib.
Onun sözlərinə görə, soyuq havalarda yol qəzası baş verəndə sürücülər öz aralarında razılığa gələ bilər və bu zaman hadisənin sxemi təxmini formada çəkilməlidir:
“Hadisənin necə baş verdiyi, günahın kimdə olduğu müəyyənləşdiriləndən sonra onlar özləri sonradan polisə müraciət edə bilərlər. Polisin qəbul etdiyi qərar əsasında həmin şəxslərdən biri günahkar, digəri də zərərçəkmiş sayılır. Yol polisi tərəfindən elektron bildiriş göndəriləndən sonra sığorta şirkəti qiymətləndirilmə aparıb, həmin zərəri mütləq ödəməlidir”.
Ekspert vurğulayıb ki, vəziyyətdən asılı olmayaraq, istənilən yol nəqliyyat hadisəsi sığorta hadisəsi sayılır.
“Sığorta şirkəti baş verən yol qəzasına görə vətəndaşların etdiyi müraciəti dəyərləndirməyə borcludur və dəymiş zərəri 3-cü şəxs qarşısında mütləq ödəməlidir. Təəssüf ki, sürücülər arasında səhv bir fikir formalaşıb ki, qarlı, buzlu havada kimsə kiminsə maşınını vurursa, hərə öz maşınını düzəltməlidir. Sığorta şirkətləri bilərəkdən bu fikri təbliğ etməklə, məsuliyyətdən boyun qaçrımağa çalışırlar. Halbuki qanunda qeyd olunan məsələ ilə bağlı müddəa yoxdur. Hər bir yol-nəqliyyat hadisəsi Dövlət Yol Polisi tərəfindən qeydiyyata alınmalıdır və günahkar tərəf müəyyənləşdirilməlidir. Günahkar tərəfin sığortası da qarşı tərəfə dəymiş zərəri ödəməlidir”, – deyə müsahibimiz bildirib.
Elməddin Muradlı qeyd edib ki, hər hansı bir problem yaşanarsa, bu zaman vətəndaş sığorta şirkətlərinin qanunsuz hərəkəti barədə Maliyyə Nazirliyinə, Mərkəzi Banka şikayət edə bilərlər.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











