Salyanda baş vermiş ağır qəzanın səbəbi görün nə imiş – Ölən var - FOTO

Sürücü diqqətsizliyi növbəti dəfə faciəyə səbəb oldu. Bu gün saat 08:20 radələrində Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 67-ci kilometrliyində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi 99-MP-962 dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobilin arxa hissəsinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən, sürücünün dayısı A.Diniyev hadisə yerində həyatını itirib, sürücü özü, anası, habelə dayısının həyat yoldaşı və dayısı qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, sürücü P.Quliyev ilkin ifadəsi zamanı mərhum dayısının avtomobilin salonundakı saxlanc yerinin qapağını açmağa çətinlik çəkdiyini görüb ona kömək etmək məqsədilə diqqətini yoldan ayırdığını və bu zaman avtomobilin idarəetmədən çıxaraq qarşıda gedən “Kamaz” markalı yük avtomobilinə çırpıldığını bildirib.
Dəfələrlə işıqlandırılmasına, bu istiqamətdə mütəmadi olaraq aparılan təbliğat işlərinə baxmayaraq, hələ də sürücü məsuliyyətsizliyi, diqqətsizliyi növbəti dəfə bir ailəyə bədbəxtlik gətirdi.
Faktlardan, sürücünün verdiyi ilkin ifadələrdən də aydın olduğu kimi, hərəkət sürətinin yüksək olduğu avtomobil yolunda sürücünün diqqətini yoldan ayırması həm özünü, həm də doğmalarını faciəyə sürüklədi.
Bir daha sürücülərimizə diqqətli olmağı, avtomobil idarə edərkən lüzumsuz söhbətlərdən, hərəkətlərdən çəkinməyi tövsiyə edir, məsuliyyət hissini daha da artırmağı xahiş edirik.
Elmin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?













