Səkidə yolu kəsənlərə ağır cəza verilsin – DYP-nin diqqətinə - FOTO

Son vaxtlar Bakıda dayanma-durma qaydalarını pozan sürücülərin cəzasız qalması bəzi sürücülərin biabırçı hərəkətləri ilə yadda qalır. Məsələn, oxuculardan birinin Avtosfer.az-a göndərdiyi fotodan aydın olur ki, 10 GG 038 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil səkidə park edilib. Avtomobilin sürücüsü maşını elə park edib ki, nə öndən, nə də arxadan gələn piyadalar normal qaydada keçib gedə bilmirlər.
Məlum məsələdir ki, Bakı şəhərində dayanma-durma və parklanma qaydalarının pozulmasına görə cərimələrin yazılması yol polisindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilib. Agentlik hələ ki, bu cür qayda pozuntularına qarşı kütləvi mübarizə apara bilmir. Lakin düşünürük ki, bu işdə DYP də kənarda qalmamalıdır. Məsələn, konkret olaraq bu fotodakı sürücüyə səkidə hərəkət etməyə görə 40 manat cərimə yazmaq olar. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində həm də məhz bu cür qayda pozuntularına qarşı mübarizə nəzərdə tutulur. Məntiqlə, sürücü maşını səkiyə əli ilə qaldırıb qoymur, yəni, səkidə hərəkət etməklə maşını orada park edir. Bu halda yol polisi həmin sürücüyə çox rahat şəkildə 40 manat cərimə yaza bilər. Nəinki bu sürücüyə, səkidə maşın saxlayan sürücülərə qarşı həmin maddəni tətbiq etmək vacibdir.
Elməddin Muradlı
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










