Sərnişinlər şəxsi avtomobillərdən uzaqlaşıb metroya üz tutacaq - Qaz emissiyaları azalacaq

Prezident İlham Əliyev ötən gün televiziya kanallarına müsahibəsində Bakıda daha 10 yeni metro stansiyasının tikiləcəyini deyib. Bu, paytaxtın ən böyük problemlərindən biri olan tıxacların azalmasına səbəb olacaq. Nəticədə şəhər və ətraf ərazilərdə ekoloji təmizlik yarana bilər.
Bəs yeni stansiyalar hansı ərazilərdə və neçə il müddətində tikiləcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu layihə şəhərin nəqliyyat infrastrukturunda sıxlıq problemini aradan qaldırmaqla yanaşı, vətəndaşların rahat və əlçatan nəqliyyat imkanlarına çıxışını artıracaq.
"Bu yeni stansiyaların təxminən beş il ərzində tikilməsi nəzərdə tutulur və ümumi olaraq Bakının təxminən Nərimanov, Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə etməlidir. Təxminən dörd milyard manat civarında investisiya yatırmaqla, bu stansiyaları tikmək mümkün olacaq. Cənab prezidentin dediyindən belə anlaşıldı ki, çox qısa müddətdə bu stansiyalar tikilməlidir. Bu o deməkdir ki, təxminən beş il ərzində hər il bir neçə stansiya hazır olacaq. Bu, ümumilikdə böyük bir sərnişin axınının dövriyyəsini artıra bilər. Əsas hədəf mobillik proqramlarının Bakı şəhərində icra edilməsidir. Bu, həm şəhər mərkəzində, həm də əsas küçələrdə avtomobil sıxlığının azalmasına səbəb olacaq. İnsanlar daha çox metroya üstünlük verəcək və bununla da ətraf mühitə təsir edən qaz emissiyaları azalmış olacaq", - deyə o vurğuladı.

Ekspertin fikrincə, Bakı şəhəri üçün ümumilikdə daha 30 stansiyaya ehtiyac var:
"Ağ şəhər, Sabunçu, Suraxanı, Xırdalan ərazisində stansiyaların olması nəzərdə tutulur. Prezidentin təsdiqlədiyi bu yeni planda çox mükəmməl bir yanaşma var və bu yanaşma şəhəri demək olar ki, hörümçək toru kimi əhatə edəcək. Ümumilikdə Bakı şəhərinə bundan sonra 20 stansiya da lazım olacaq. Yəni ola bilsin ki, mərhələli şəkildə tikiləcək. Ümumilikdə 30 stansiya tikilməlidir. Hazırda 27 stansiyamız var. 57 stansiya Bakı şəhəri üçün idealdır. Nəticədə Bakını əhatə edəcək nəqliyyat sıxlığı azala bilər. Sərnişinlər həm şəxsi avtomobillərdən, həm manatlıq taksilərdən uzaqlaşıb metroya üz tutacaqlar. Nəticədə avtomobil dövriyyəsi qismən aşağı düşə bilər. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanın müstəqillik illərində yeni metro stansiyaların tikintisi məhz Prezident İlham Əliyevin dövrünə düşüb".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











