Şirkət borcu olan qadını rüsvay etdi – FOTO

Bakıda “ABC Telecom” şirkəti onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa edib. Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, şirkət qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib. “ABC Telecom” Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qadının 1583 manat borcunun ödənilməsi üçün qərar çıxarıb. Xanım borcu ödəməyib və şirkət onun şəklini Səbail rayonu ərazisində binalara yapışdırıb. Bəs, qadının şəklinin binalara yapışdırılması düzgündürmü? Vəkil Xəyal Bəşirov deyir ki, şirkətin belə bir addım atması qanunsuzdur: “Məhkəmə qətnaməsi varsa, işin icrasının həlli məhkəmə icraçılarının səlahiyyətinə keçir. Yəni işlə bağlı məhkəmə qətnaməsi varsa, şirkətin bu cür addım atması düzgün deyil”. Vəkil qeyd edib ki, beynəlxalq təcrübədə belə hallar var: “Kollektorlar banka borcu olanların yaşadığı ərazidə bu cür tədbirlər görürlər ki, vətəndaş pulu ödəsin. Ancaq bu məhkəməyə qədər olur. Məhkəmə qətnamə qəbul edirsə, şirkət heç bir addım ata bilməz”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










