Söyüş, yoxsa cərimə?: Sürücü və piyadalara xəbərdarlıq – VİDEO

Yağan yağışlar nəticəsində çala-çuxurlu yolların yağış suyu ilə dolması həmin ərazilərdə xırda gölməçələrin yaranmasına səbəb olur. Həmin yollardan istifadə edən sürücülər bəzi hallarda bilərəkdən, ya da bilməyərəkdən kənardan keçən piyadaların üzərinə su sıçradırlar.
Avtosfer.az-ın ARB TV-yə istinadən "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Bütün yollar təmirli deyil və elə yollar var ki, kələ-kötür, dağınıq haldadır və təbii ki, yağıntılı havalarda bu yollar keçilməz vəziyyətdə olur. İstər-istəməz, belə yollarda piyadaların üstü çirkab su ilə bulanır.
Sakin: "Az qala divara yapışası oluram ki, bir üstüm batmasın".
Sürücülərsə, günahı piyadalarda görür.
Sürücü: "Yol kənarı ilə getmirlər, ona görə də üstləri batır".
Bu qayda pozuntusu ilə bağlı cərimə də var. Lakin DYP sözçüsünün dediyinə görə, qanunda istisnalar var. İnzibati xəta tənbehi o zaman tərtib edilir ki, baş vermiş hadisə qəsdən olmuş olsun.
Ekspert Azər Allahverənovun sözlərinə görə, piyadaların üzərinin batması çox zaman yolların bərbad olması səbəbindən baş verir ki, bu da sürücünün günahı deyil. Bununla yanaşı, bu qayda pozuntusunu sübut etmək çox çətindir. Əslində, bu, vicdan məsələsi olmalıdır. Kiminsə avtomobil idarə etməsi həmin şəxsə ixtiyar vermir ki, yoldan keçənin üstünə su, palçıq sıçratsın. Vətəndaş belə bir halla qarşılaşan zaman 102 xidmətinə və yol polisinin 902 xidmətinə müraciət edə bilər. Lakin piyada da bu məsələləri nəzərə almalıdır.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










