Sumqayıt yollarında GTA: Xeyli avtomobil zədələndi – VİDEO

Dünən axşam saatlarında Sumqayıt şəhərinin girişində zəncirvari qəzalar qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Rahim N.Aliyev adlı istifadəçi paylaşım edib. Paylaşılan videoda avtomobilin ard-arda bir neçə nəqliyyat vasitəsinə çırpılması görünür. Hadisə ilə bağlı oxu.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev deyib ki, sözügedən videogörüntülər əsasında araşdırma aparılır: “Sumqayıt şəhərinin girəcəyində hərəkətdə olan minik avtomobili başqa bir avtomobilə toxunub və saxlamadan hərəkətinə davam edib. Digər zərərçəkmiş avtomobilin sürücüsü həmin avtomobili saxlatmaq üçün ardınca gedib və digər işıqfor obyektinə yaxınlaşan zaman iki başqa avtomobilə çırpılıb. Ümumilikdə, hadisə zamanı dörd maşına maddi ziyan dəyib. Faktla bağlı videogörüntülər əsasında araşdırma aparılır. Yekun nəticələr əldə edildikdən sonra ictimaiyyətə açıqlama veriləcək”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










