Sumqayıtda itləri kim güllələyib? - FOTO

Sumqayıt şəhərində itlərin güllələnməsi davam edir. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin meneceri Fərid Mansurov verib. O, güllələnmiş heyvan cəmdəklərinin və əlində silah olan şəxslərin fotolarını da redaksiyamıza göndərib. F.Mansurovun iddiasına əsasən, İcra Hakimiyyəti ilə dəfələrlə danışıqlar aparılsa da, son günlərdə xeyli sayda küçə iti güllələnib: “Heyvansevərlər olaraq İcra nümayəndələri ilə dəfələrlə görüşmüşük. Hətta onları vintovka və yuxu dərmanı ilə də təmin etmişik. İcradan bizə söz verilmişdi ki, küçə heyvanları üçün poliqon ayrılacaq və güllələnmə olmayacaq. Ancaq buna baxmayaraq günün günorta çağı heyvanlar güllələnir. Nə beynəlxalq normalara, nə də ki İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə məhəl qoyulur. Bu, açıq aşkar qanun pozuntusudur. Heyvansevərlər olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət məktubu göndərəcəyik. Nə qədər danılsa da, faktlar göz qarşısındadır”. Qeyd olunan məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev bildirib ki, hazırda bu görüntülərin harada və nə zaman çəkilməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır: “Ümumiyyətlə, son illərdə Sumqayıtda sahibsiz itlərin öldürülməsi ilə bağlı faktlara rast gəlinmir. Çünki son illərdə bu məsələ xüsusi diqqət mərkəzində saxlanılır. İnsanların təhlükəsizliyini nəzərə alaraq şəhərin kənarında sahibsiz itlər üçün müvafiq yer ayrılıb. Sahibsiz itlər Sumqayıt şəhər Təmizlik Departamenti işçiləri tərəfindən tutulur və onlar üçün ayrılmış xüsusi ərazidə saxlanılır”.



Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












