Sumqayıtdakı “it ovçularına” kim tapşırıq verib? – VİDEO

Sumqayıtda qanunsuz olaraq sahibsiz heyvanların güllənməsi ilə bağlı görüntülər bir neçə il əvvəl çəkilib. Son dövrlər Sumqayıtda belə hadisələrə demək olar ki, rast gəlinmir. Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev deyib. O bildirib ki, Sumqayıtda sahibsiz itlər İcra Hakimiyyətinin departamentinin əməkdaşları tərəfindən ərazidən kənarlaşdırılır: “Həmin görüntülər köhnədir, lakin mətbuatda bu gün yayımlanıb. Sumqayıtda sahibsiz itlər təmizlik departamentinin işçiləri tərəfindən kənar poliqona aparılır və orada saxlanılır. Şəhər rəhbərliyi tapşırıq verib ki, sahibsiz itlər əhalinin təhlükəsizliyinə problem yaradırsa, poliqona aparılsın”. Qeyd edək ki, Bizimyol.info Sumqayıtda sahibsiz itlərin güllələnməsi ilə bağlı görüntülər yayıb. Görüntülərdə silahlı şəxslər icradan tapşırıq aldıqlarını bildiriblər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












