Reklam

Sürücü saxta tibbi müayinə kağızı alarkən yaxalandı – VİDEO

Yazarlar 31 Oktyabr 2018 22:08 Oxunub 1592
Sürücü saxta tibbi müayinə kağızı alarkən yaxalandı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Daşıyıcı şirkətlər sürücünü məcbur edir ki, uzun müddət maşın sürsün”

Son günlər ictimai nəqliyyatdakı xoşagəlməz hallarla bağlı yayılan məlumatlar bu sahədə nöqsanların hələ də qaldığını göstərir. Avtosfer.az xəbər verir ki, məsələ səhhətində ciddi problemlər olan sürücülərin heç nəyə baxmayaraq xəttə buraxılması, bəzi marşrutlarda tibbi yoxlanış prosesinin formal xarakter daşıması ilə bağlıdır. Təbii ki, marşrut sahiblərini ancaq gəlir maraqlandırır. Heç onların sahibi olduğu şirkətin avtobuslarında kimləri əyləşdirdiklərindən belə xəbərləri olmur. Təki qazanc olsun. Qalan şeylər bizlik deyil düşüncəsi ilə bu insanlar belə yaşayır. İlk baxışdan sərnişin kimi görünən bir xanım sürücülərə 50-60 qəpik müqabilində saxta tibbi müayinə kağızı təqdim edir. İctimai nəqliyyatda avtoxuliqanlıq səbəbindən yaranan qəzalar, qəfil ölüm halları, narkomaniyaya qurşanan sürücülərin sükan arxasına keçməsi məhz tibbi müayinələrin rəsmi şəkildə təşkil olunmamasından qaynaqlanır. Pul müqabilində tibbi müayinə kağızı paylayan xanım da paytaxtın Rəsulzadə qəsəbəsində sadalanan hallara yol açan sürücülərin dəyirmanına su tökməklə məşğuldur. Xanım saxta tibbi müayinə kağızını verib qəpikləri alarkən yaxalanıb. “De, çəkməsin, şikayət varsa aparat, ləvazimat buradadır. Öz idarəmiz var, bunu onlar verib”.

Sürücülərə tibbi yoxlanışı təsdiq edən sənədlərin verilməsi daşıyıcıların və digər təşkilatların korparativ maraqlarına xidmət edir.

Mais Ağayev – BNA-nın mətbuat katibi: “Sürücülərin tibbi müayinədən keçirilməsi marşrut xətlərinin istismarını keçirən daşıyıcıların səlahiyyətlərinə aiddir və bu məsuliyyət onların birbaşa üzərlərinə düşür”.

Nuridə Allahyarova – Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi: “Ümumi nəzarət artıq o müvafiq şirkətlər mütəmadi olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan quruma dəvət olunur və burada onlarla söhbətlər aparılır”.

Sürücülər zərərli vərdişləri olmayan, kifayət qədər məsuliyyətli şəxslər olmalıdırlar. Prosedurlar bir neçə mütəxəssisin rəyi əsasında həyata keçirilməlidir.

Elməddin Muradlı – Ekspert: “15 saat sükan arxasında olmaq fiziki cəhətdən mümkün deyil. Amma bu gün bəzi daşıyıcı şirkətlər var ki, sürücünü məcbur edir ki, uzun müddət maşın sürsün”.

ARB TV-nin çəkiliş qrupu tibbi müayinə otağında iş prosesini izləmək üçün gecə saatlarında bir neçə avtobusun istehsalat bazasına yollandı. 200-ə yaxın sürücüsü olan şirkətdə maraqlı məqamlar artaya çıxdı. “Tibbi müayinə otağını göstərə bilərsiz?” Sualına həmin şirkətin işçisinin cavabı belə oldu: “Bağlıdır. Necə göstərim, göstərə bilmərəm. Elə deyil axı”.

Vəziyyətin normal olduğu şirkətlər də var. Burada sürücülərin tibbi müayinəsi səhər saat 04:15-dən başlayaraq 7-yə kimi davam edir.

Nazim Kərimov – Həkim: “Heç bir sürücü yoxlamadan yayına bilməz. 95 sürücü artıq müayinədən keçib, bunlardan ikisi özünü yaxşı hiss eləməyib. Onların yerinə xəttə başqa sürücülər çıxarılır”.

Ekspertlər işində nöqsanlara və saxtakarlığa yol verən daşıyıcıların digərlərinin şəffaflığına xələl gətirməməsi üçün mütəmadi monitorinqlərin aparılmasını vacib hesab edirlər. İstehsal bazaları olmayan daşıyıcı şirkətlər üçünsə səyyar məntəqələr yaradılmalıdır. Əks halda, hər gün minlərlə sərnişinin həyatı və təhlükəsizliyi sual altında olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh