Sürücülər mütləq oxusun! - Təkərlərə diqqət

Qış fəsli yaxınlaşdıqca sürücülər avtomobillərində bəzi dəyişikliklər etməlidir. Yağışlı, qarlı havalarda baş verə biləcək qəzanın qarşısını öncədən almaq, xoşagəlməz hadisələrlə qarşılaşmamaq üçün mütləq avtomobil üçün vacib olan işlər görülməlidir. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı metbuat.az-a açıqlama verən texniki məsləhətçi Əli Sultanov bildirib ki, qışa doğru sürücülər avtomobillərinin təkərlərini mütləq yeniləməlidirlər: "Havalar artıq soyumağa başlayıb, bir azdan havanın temperaturu mənfiyə enəcək. Avtomobilin şüşələrini təmizləyən suya mütləq donmaya qarşı olan maye - antifriz əlavə etmək lazımdır. Bu dəqiqə avtomobil üçün ən aktual məsələlərdən biri antifrizdir. Digər vacib məsələ avtomobilin təkərləriylə bağlıdır. Təkərlər mütləq yenilənməldir. Çünki yağışlı, soyuq havalarda yollar sürüşkən olur. Avtomobilin sürüşməməsi təkərdən asılıdır. Yağışlı havalarda çalışmaq lazımdır ki, sürət həddi maksimum dərəcədə aşağı olsun. Çünki asfalt yaş olanda sürüşmə birə iki artır. 50-60 km/saat sürətlə gələn avtomobil təkəri yaxşı olan halda 10 metrdə dayana bilirsə, təkəri pis olan avtomobillərdə bu məsafə 15-20 metr olur. Bu da qəza riskini artır. Ona görə, sürücülərə avtomobillərinin təkərlərini yeniləmək tövsiyə olunur".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












