"Sürücülər öz məsuliyyətlərini anlamadan belə hərəkətlər edirlər" - Atoxuliqanlıq edən şəxs saxlanıldı

Konstruksiya dəyişikliyi etdiyi avtomobilini “Tik-Tok”da paylaşan sürücü həbs edilib. Bu barədə Bakı şəhər BPİ-nin DYP İdarəsindən məlumat verilib. Belə ki, paytaxt əraizisində konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.
Avtosfer.az xəbər verir ki, məsələyə nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında münasibət bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının qanunvericiliyində açıq şəkildə nəqliyyat vasitəsinin konstruksiyasına dəyişikliyin qadağan olunduğu açıq şəkildə göstərilib:

“Bu, inzibati xəta tərkibi yaradır və 150 manat cəriməsi var. Dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini idarət etməyə görə 100 manat cərimə müəyyən olunub. Bunlar ağır qayda pozuntuları sayılır. Sözügedən şəxs Biləcəridə avtoxuliqan kimi tanınır, qayda-qanunları nəzərə almır, maşını istədiyi kimi idarə edir, özünü kimlərəsə göstərir. Bu əməllər də cəzasız qalmamalıdır. Həmin şəxs bir il sürücülük hüququndan məhrum olunub və barəsində 30 gün müddətinə inzibati həbs tədbiri seçilib”.
Ekspert düşünür ki, sürücülər öz məsuliyyətlərini anlamadan belə hərəkətlər edirlər:
“Dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsini digərlərindən fərqləndirən elementdir. Hər bir nəqliyyat vasitəsi nömrəsi ilə tanınır. Hadisə törətdikdə, qayda pozuntusuna yol verdikdə sürücünü avtomobilin qeydiyyat nişanı ilə tapıb məsuliyyətə cəlb edirlər. Ön və arxa nömrəni çıxarıb özlərini cəmiyyətdə üstün bir şəxs kimi təqdim etməyə çalışırlar. Amma bununla üstünlük qazanılmır, üstünlük elm, təhsil, savad, mədəniyyətlə olur. Gənclər belə şeylərdə fərqlənməyə çalışmalıdırlar, avtoxuliqanlıq, nömrəni gizlətmək, konstruksiyasiya dəyişiklikləri etmək heç də xoş qarşılanmır cəmiyyətdə. Kimlərinsə xoşuna gələ bilər, həmin insanlar da elə qayda pozmağa meyillidirlər. Dövlət Yol Polisi bu kimi hallarla mübarizə aparır. Belə hərəkətləri edən şəxslər polisin diqqətindən yayınsa belə, sosial şəbəkələrdə paylaşımlar olanda müvafiq addımlar atılır”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










