Taksidə siqaret çəkənlərə kim nəzarət edəcək?

Məlum olduğu kimi, Milli Məclisin (MM) payız sessiyasının dünən keçirilən ilk plenar iclasında İnzibati Xətalar Məcəlləsinə mühüm dəyişikliklər edilib. Belə ki, məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd əlavə olunub. Əlavə edilən bənddə qeyd olunub ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək. Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə, onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulub. Həmçinin, taksidə siqaret çəkən şəxslər cərimələnəcəklər. İnzibati Xətalar Məcəlləsinə edilən növbəti dəyişikliyə əsasən, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsulları, o cümlədən siqaret çəkənlər 40 manatdan 50 manata qədər məbləğdə cərimələnəcəklər. Bəs görəsən, nəzarət funksiyasını hansı qurum və necə həyata keçirəcək?
Avtosfer.az xəbər verir ki, bununla bağlı oxu.az-a açıqlamasında millət vəkili Musa Quliyev bu funksiyanı yol polisinin həyata keçirəcəyini bildirib: “Bildiyiniz kimi, biz dünən Məcəlləyə müvafiq dəyişiklikləri qəbul etdik. İndi onun imzalanaraq, hüquqi qüvvəyə minməsi qalır. Yəni, cənab prezident İlham Əliyev həmin qanunu imzaladıqdan sonra bu yöndə nəzarət funksiyasını hansı qurumun həyata keçirəcəyi dəqiq bilinəcək. Ancaq çox böyük ehtimalla bu funksiya Dövlət Yol Polisinə veriləcək. Çünki dünya təcrübəsində belədir ki, bu məsələlərə nəzarəti daha çox yol polisləri həyata keçirir. Bu baxımdan, bizdə də bu təcrübədən istifadə edilməsi daha çox gözlənilən və ehtimal olunandır. Kimlər ki, qanunvericiliyin tələblərini pozacaqlar, o zaman qanunauyğun şəkildə cəzalandırılacaqlar”, - deyə M.Quliyev əlavə edib.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










