Taksilərdə siqaret çəkildiyi necə müəyyən ediləcək?

Taksidə siqaret istifadəsilə bağlı tətbiq edilən cərimələrin şəxsi avtomobillərə heç bir aidiyyəti yoxdur. Şəxsi avtomobildə siqaret çəkənlər deyil, çəkilmiş siqaretin kötüyünü yerə atan şəxslər cərimələnəcək. Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı İnzibati Xətralar Məcəlləsinin 322 və 212.4-cü maddələrinə edilən düzəlişlə bağlı məlum olmayan məqamlara aydınlıq gətirərkən bildirib. Ekspert bildirib ki, taksidə siqaret çəkən sürücü və sərnişin üçün cərimə müəyyən edilsə də, şəxsi avtomobildə ancaq siqaret kötüyünü yerə atan şəxsə cərimə tətbiq ediləcək.
E.Muradlı bildirib ki, bu hələlik tətbiqi mümkün olmayan məsələdir: “Taksidə siqaret çəkməyə görə sərnişin və sürücü 40-50 manat arası cərimə olunur. Ancaq sürücü onu çəkib yerə atır və bu zaman xətası aşkar olunursa, sürücüyə 40 manat cərimə yazılır, sərnişin yerə atarkən müəyyən edilirsə, 30 manat cərimələnir. Ancaq şəxsi avtomobildə siqaret çəkməyə görə cərimə nəzərdə tutulmayıb. Ancaq aşkar edilsə ki, sürücü siqaretin kötüyünü yerə atdı, bu zaman 40 manat cərimələnir. Bu hal küçədə müəyyən edilsə, cərimənin məbləği 50 manat olur. Ancaq bu mexanizmi aydın olmayan bir məsələdir. Məlum deyil ki, bunu necə müəyyən edəcəklər, necə sübuit edəcəklər ki, bunu filan maşından sərnişin, ya sürücü atdı. Bunu kameralarmı müəyyən edəcək, ya şəklini çəkəcəklər, bilinmir. Bütün bunlar sürücülərlə polislər arasında gərginliyə səbəb olacaq”.
E.Muradlı hesab edir ki, məcəlləyə dəyişiklik tütün məhsulları ilə bağlı qəbul edilən qanundan qaynaqlanıb. Ancaq bu dəyişikliklə nəyəsə nail olmaq mümkün olmayacaq: “Buna kim və hansı formada nəzarət edəcək, aydın deyil. Dövlət Avtomobil Nəqliyyatı Xidməti şəhərlərarası yollarda, Bakı Nəqliyyat Agentliyi Bakı şəhəri üzrə taksilərəmi nəzarət edəcək? Mən çox istəyərdim taksilərdənsə, avtobuslarda sürücülərin siqaret istifadəsilə bağlı müəyyən addımlar atılsın. Buna avtobuslarda quraşdırılan kameralar vasitəsilə də nəzarət etmək mümkündür. Taksilərdə isə olduqca çətindir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












